“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
"Rabitəbank” ASC beynəlxalq maliyyə və ödəniş ekosistemində strateji əhəmiyyət daşıyan növbəti uğura imza ataraq Visa beynəlxalq ödəniş sisteminin rəsmi “Principal member” statusunu əldə edib.
Marja xəbər verir ki, bBu status Rabitəbankın Visa ilə birbaşa əməkdaşlıq modelinə keçdiyini və artıq bankın Visa şəbəkəsində sponsor bank vasitəçiliyi olmadan fəaliyyət göstərəcəyini ifadə edir. Bununla da, Rabitəbank Visa-nın qlobal ödəniş infrastrukturuna birbaşa çıxış əldə edərək kart biznesi, rəqəmsal ödəniş həlləri və beynəlxalq əməliyyatlar istiqamətində imkanlarını daha da genişləndirib.
Visa “Principal member” statusu bank üçün bir sıra strateji üstünlüklər yaradır. Bu üstünlüklər sırasında Visa infrastrukturuna birbaşa inteqrasiya, ödəniş biznesinin daha çevik və effektiv idarə olunması, vasitəçi tərəflərdən asılılığın minimuma endirilməsi, yeni nəsil kart məhsullarının daha sürətli bazara çıxarılması və beynəlxalq ödəniş həlləri üzrə innovativ xidmətlərin genişləndirilməsi xüsusi yer tutur.
Eyni zamanda əldə olunan yeni status Rabitəbankın beynəlxalq maliyyə sektorunda mövqeyinin güclənməsinə, Visa ilə strateji tərəfdaşlığının daha yüksək səviyyəyə yüksəlməsinə və bankın qlobal ödəniş ekosistemində birbaşa iştirakçı kimi fəaliyyət imkanlarının artmasına xidmət edir.
“Rahat bankçılıq” konsepsiyasına uyğun olaraq innovativ və müştəriyönümlü həllər təqdim edən Rabitəbank rəqəmsal bankçılıq, kart texnologiyaları və müasir ödəniş həlləri istiqamətində inkişafını davam etdirir. Bank gələcək dövrdə də beynəlxalq tərəfdaşlıqlarını genişləndirərək müştərilərinə daha təhlükəsiz, sürətli və innovativ xidmətlər təqdim etməyi hədəfləyir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platformasıvə 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
28 d. əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
3 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
3 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
3 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
5 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb







.jpg)







.jpg)









