"AzerGold": "2029-cu ilədək 10 yatağın istismara verilməsi hədəflənir"
"AzerGold” QSC-nin strateji planına əsasən, yeni “Greenfield” layihələri ilə yanaşı, 2022-ci ildən 2029-cu ilədək 4 qızıl, 1 polimetal, 3 mis və 2 dəmir filizi yatağı olmaqla, ümumilikdə 10 yatağın istismara verilməsi hədəflənir.
Bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədr müavini Xəyyam Fərzəliyev "Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, bir neçə perspektiv sahədə kəşfiyyat və tədqiqat işləri plan üzrə icra edilir: "Cəmiyyət tərəfindən fəaliyyət dövrü ərzində, ümumilikdə 240 min metrə yaxın buruq-qazma işləri görülüb ki, bu da ölkənin dağ-mədən sənayesi üzrə yüksək göstərici hesab olunur. 2017-ci ildən Cəmiyyətin 179 min qızıl ekvivalentində unsiya olaraq hesablanmış metal ehtiyatları 4,4 milyon qızıl ekvivalentində unsiya qədər, yəni 24 dəfə artırılıb".
X. Fərzəliyev qeyd edib ki, "AzerGold” fəaliyyət dövrü ərzində 287 min unsiya qızıl, 530 min unsiya gümüşün beynəlxalq bazara ixracına nail olub.
"5 ildən bir qədər çox olan dövrdə qiymətli metalların satışından ölkə iqtisadiyyatına 757 milyon manata yaxın vəsait cəlb edilib. Hazırda Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl yatağının oksid mərhələsindən sulfid mərhələsinə keçid üzrə tranzit filizlərin istismarı, eləcə də Cəmiyyətin geoloqları tərəfindən kəşf edilmiş “Ağyoxuş 1” və “Mərəh” qızıl yataqlarında hasilat işləri aparılır. Yeri gəlmişkən, ötən il Daşkəsən rayonunda Cəmiyyətimizin geoloqları tərəfindən aparılan kəşfiyyət işləri nəticəsində daha bir sahə, “Nərimanlı” potensial qızıl yatağı kəşf edilib. Hazırda sözügedən sahə üzrə müvafiq geoloji tədqiqatlar davam etdirilir", - sədr müavini bildirib.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
40 d. əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 2 saat əvvəl
-
-
5 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
5 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
7 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
























