“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 45 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Ənvər Ağa Rəhim oğluna məxsus “Le Beirut” ictimai iaşə müəssisəsində yoxlama aparılıb.
Baxış zamanı qida təhlükəsizliyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlum olub.
Belə ki, obyektin qida təhlükəsizliyi çıxarışı olmadan dönər məhsulları istehsal etdiyi, ət məhsullarının minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin olmadığı, etiket məlumatları olmayan xammallardan istifadə edildiyi aşkarlanıb.
Həmçinin soyuq qəlyanaltıların saxlanılması zamanı temperatur rejiminə əməl olunmadığı, mətbəxdə texnoloji ardıcıllığın pozulduğu, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. İstehlaka hazır qida məhsullarından və dönərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Soyuq qəlyanaltıların hazırlanması və satışı, eləcə də çiy dönər istehsalı və bişmiş dönər ətinin satışının dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 18 saat sonra
-
-
15 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 15 d. əvvəl
- 20 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
-
1 saat əvvəl
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
1 saat əvvəl
Damazlıq yumurta istehsalına görə subsidiya veriləcək - Azərbaycanda bir ilk
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
“Express Lombard”da yığıncaq keçiriləcək
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib


























