Dövlət Neft Fondu daha iki layihə üçün dollar verəcək
Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası və yenidənqurma işləri üçün lazım olan vəsait Azərbaycan Dövlət Neft Fondundan veriləcək.
Bunu jurnalistlərə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib: "Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya işlərinin maliyyələşməsi tam olaraq dövlət tərəfindən həyata keçiriləcək. Son bir ay ərzində bu məsələlər artıq dövlət səviyyəsində həll olunub. Lazım olan vəsait Dövlət Neft Fondundan dollarla veriləcək".
O qeyd edib ki, bu vəsait SOCAR-ın nizamnamə kapitalının artırılması hesabına olacaq.
Onun sözlərinə görə, "Azərikimya" İstehsalat Birliyində işlər üçün isə dövlət zəmanəti ilə kredit cəlb olunmasına icazə verilib.
"İl yarım əvvəl "UOP" və "Fluor" şirkətləri texniki-iqtisadi əsaslandırma apardılar. Həmin vaxt təxmini qiymət 1,3 mlrd. ABŞ dolları hesablanırdı. Bu vəsaitin təqribən 300 mln.dolları "Azərikimya" İB-yə, 1 mlrd. dollara yaxın isə Neft Emalı Zavodu üçün nəzərdə tutulurdu. Sonra isə ətraflı olaraq bu işlərlə məşğul olmağa başladıq. Daha dəqiq qiymət tenderlər başa çatdıqdan sonra müəyyənləşir. Heydər Əliyev adına Neft Emalı Zavodu və "Azərikimya" İB-nin modernizasiya və yenidənqurma işləri üçün lazım olan son rəqəm təqribən 1,8 mlrd. dollar qiymətləndirilir", - deyə SOCAR rəsmisi qeyd edib.
T.Qəhrəmanovun sözlərinə görə, "Azərikimya" üçün təqribən 320-340 mln. dollar lazım ola bilər.
T.Qəhrəmanov bildirib ki, Neft Emalı Zavodunda işlər üçün isə lazım olan vəsait 1,5 mlrd. dollar həcmində qiymətləndirilir: "Zavodda modernizasiya işlərinin qiymətinin artmasına səbəb ümumzavod təsərrüfatının yaxşı vəziyyətdə olmamasıdır".
Onun sözlərinə görə, indiyə qədər hər iki layihə üçün sərf olunan vəsaitin həcmi 400 mln. manat təşkil edir.
SOCAR-ın vitse-prezidenti həmçinin qeyd edib ki, avqust ayında Neft Emalı Zavodunun təmirə dayandırılması planlaşdırılır.
© Report
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 3 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 8 saat əvvəl
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb






















