Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
(®) PAŞA Bank səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) çərçivəsində abunə yazılışı rəsmi olaraq start götürüb. Bu haqda 13 aprel tarixində keçirilən mətbuat konfransında məlumat verilib.
Artıq hər bir investor Unicapital İnvestisiya Şirkəti vasitəsilə rahat şəkildə PAŞA Bank-ın səhmlərini əldə edə bilər: https://unicapital.az/ipo-pasha-bank/
Abunə yazılışı 13 aprel-12 may 2026-cı il tarixlərində davam edəcək. Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən olunub. Minimal alış sayı 1 səhmdir, maksimal say limiti isə qoyulmayıb. Proses həm fərdi, həm də hüquqi şəxslər üçün açıqdır.
Xüsusi qeyd etmək lazımdır ki, investorların abunə yazılışı zamanı sifariş məbləğinin hesabda qaldığı müddət ərzində illik 5% faiz gəliri əldə etmək imkanı da olacaq.
Unicapital-ın Baş direktoru Vüqar Namazov da mətbuatla görüşdə çıxış edərək öz fikirlərini bölüşüb: “PAŞA Bank bu gün kapital bazarının ən güclü və etibarlı emitentlərindən biridir. Onun uzunmüddətli maliyyə göstəriciləri dayanıqlı inkişaf modelini və nümunəvi emitent təcrübəsini təsdiqləyir. Bu IPO yerli maliyyə bazarında yalnız investisiya imkanı deyil, eyni zamanda ölkənin ən iri banklarından birində pay sahibi olmaq fürsəti kimi dəyərləndirilir. Unicapital bu prosesdə əsas tərəfdaşlardan biri kimi yer alır və investorların IPO-ya çıxışı üçün əlçatan, şəffaf və operativ investisiya mühiti təmin edir”.
Səhm alışı etmək üçün tərəfdaşımız olan Leobank-a onlayn müraciət edə bilərsiniz.
Əlavə suallar üçün: +994 50 527 11 17
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
5 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
5 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
13 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)













.jpg)



