Çin hökuməti böhrandakı şirkətin hesablarını araşdırmağa başladı
Çin Əmlak Nazirliyinin əməkdaşları, borc böhranındakı nəhəng inşaat və əmlak şirkəti "Evergrande Group"un bank hesablarındakı vəsaitlərin kreditorlara borcların ödənilməsi yerinə "əmlak layihələrinin tamamlanmasında istifadə edilməsi üçün" hesabları araşdırmağa başlayıb.Çin Əmlak Nazirliyi borc böhranındakı iri inşaat və əmlak şirkəti "Evergrande"ın hesablarını araşdırır.
Marja xəbər verir ki, mövzuya yaxın mənbələrin verdiyi məlumata görə, Nazirlik əməkdaşları "Evergrande"ın əmlak layihələrini başa çatdırması üçün nəzərdə tutulan vəsaitlərə nəzarət etmək üçün hərəkətə keçib.
Nəzarət çərçivəsində "Evergrande"ın hesablarındakı vəsaitləri layihələri tamamlamaqda istifadə etməsi təmin ediləcək.
"Evergrande" və nazirlik mövzu haqqında açıqlama yaymayıblar.
Hesablardakı vəsaitlərin layihələrin təhvil verilməsi üçün istifadə ediləcəyi, tədarükçülərə ödəmələr kimi müxtəlif ödənişlər üçün dövlət təsdiqi lazım olacağı qeyd edilib.
Atılan bu addım, "Evergrande" böhranında Çin hökumətinin prioritetinin əmlak sahibləri olduğunu göstərir. Çinin əmlak nəhənginin 300 milyard dollar borcu olduğu məlumdur.
Şirkət dünənki dollar istiqrazı ödəməsinə dair məlumat yaymayıb. Üç istiqraz sərmayəçisinə görə şirkət hər hansı bir ödəniş etməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)









.jpg)







