Bu il valyuta hərraclarının 85%-ndə təklif tələbi üstələyib
Cari ilin ötən dövründə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 85%-də təklif tələbi üstələmişdir.
Marja xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının Faiz dəhlizinin parametrləri haqqında açıqlamasında bildirilir.
Açıqlamada qeyd edilib ki, profisitli tədiyə balansı valyuta bazarında təklifi və beləliklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. 1-ci yarımillikdə tədiyə balansının cari əməliyyatlar hesabında 1.9 mlrd. ABŞ dolları və ya ümumi daxili məhsulun 8%-i səviyyəsində profisit olmuşdur. Əlverişli neft qiymətləri və qeyri-neft ixracının yüksək sürətlə artması ilin sonuna tədiyə balansının profisitli olacağını proqnozlaşdırmağa əsas verir.
Mərkəzi Bank vurğulayıb ki, profisitli tədiyə balansı və valyuta bazarında tarazlığın qorunması qiymətlər sabitliyinin əsas lövbərini – məzənnə sabitliyini dəstəkləyir. Valyuta bazarında tarazlığın qorunması növbəti il və ortamüddətli dövrə də dayanıqlı makro-fiskal çərçivənin qəbul olunmasını və xarici valyuta gəliri mənbələrinin şaxələnməsi istiqamətində islahatların sürətləndirilməsini aktuallaşdırır.
Açıqlamada bu da qeyd edilib ki, neftə qlobal tələbin təkliflə müqayisədə daha sürətlə artması qiymətlərin artım meyilinin davam etməsini şərtləndirir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 67 ABŞ dollarını, sentyabrda isə 72 ABŞ dollarını üstələmişdir. Bütövlükdə, cari ilin sonuna qədər qlobal neft bazarında tarazlığın olacağı gözlənilir
Strateji valyuta ehtiyatları 8 ayda 4.8% (2.4 milyard ABŞ dolları) artaraq 53.2 milyard BŞ dolları səviyyəsinə yüksəlmişdir. Bu dövrdə Mərkəzi Bankın ehtiyatları 10.6% artaraq 7 milyard ABŞ dollarını üstələmişdir. Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında Beynəlxalq Valyuta Fondu tərəfindən SDR-in (Xüsusi Borcalma Hüququ) bölüşdürülməsi zamanı kvota çərçivəsində Azərbaycana ayrılan vəsaitin ölkə hesabına daxil olması əhəmiyyətli rol oynamışdır.
Xəbər verdiyimiz kimi, yüksələn inflyasiyanın qarşısını almaq üçün Azərbaycan da faiz artırmağa başladı. Mərkəzi Bank uçot dərəcəsini 0,25 bənd artırdı.Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat sonra
- 36 d. sonra
- 24 d. əvvəl
-
-
34 d. əvvəl
“PAŞA Holding” şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
-
59 d. əvvəl
Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu
-
1 saat əvvəl
Birmarket böyük lotereyanın ikinci avtomobil qalibini müəyyənləşdirdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
2 saat əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Şuşa Bank və Sığorta Binası tikilib























