“Muğanbank”dan təqaüdçülər üçün kredit təklifi
(®️) "Muğanbank" ASC-nin yeni kredit kampaniyası çərçivəsində təqaüd yaşına çatmış hər kəs 5 000 AZN məbləğinədək kredit götürə bilər. Kreditin əldə edilməsi üçün zamin tələb olunmur.
300-dən 5 000 AZN-dək olan krediti 3-36 ay müddətinə "Muğanbank" ASC-nin ölkə ərazisində olan bütün filiallarında rəsmiləşdirmək mümkündür. Krediti əldə etmək üçün şəxsiyyət vəsiqəsi təqdim etmək kifayətdir.
"Təqaüd" krediti üzrə ödənişlər hər ay bərabər hissələrlə həyata keçirilir. Kredit üzrə illik faiz dərəcəsi 22-24% təşkil edir. Müştərinin kredit öhdəliyinin sonuncu ödəniş tarixindəki yaşı 66 olmalıdır.
Ətraflı məlumatı (012) 933 nömrəli telefondan, “Muğanbank” ASC-nin saytından (https://www.muganbank.az), bankın Facebook və Instagram səhifələrindən əldə etmək mümkündür.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 23 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), ICBC Bank - Industrial and Commercial Bank of China təşəbbüsü ilə yaradılan “Belt and Road Bankers Roundtable Mechanism” (BRBR - “Bir Kəmər-Bir Yol” Banklarının Dəyirmi Masası), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
13 d. əvvəl
2 ayda banklar 90 milyon manata yaxın xalis mənfəət əldə ediblər
-
- 21 d. əvvəl
- 34 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Süni intellekt avtomobil alışı və servis təcrübəsini Azərbaycanda necə dəyişəcək?
-
3 saat əvvəl
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
-
3 saat əvvəl
Ziraat Bank Azərbaycan ABA tərəfindən 6 nominasiya üzrə mükafatlandırılıb
-
3 saat əvvəl
Azərbaycanın iri holdinqi Qazaxıstan şirkətilə saziş imzaladı
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
2 ayda banklar 90 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
26 dərəcə isti gözlənilir - Aprelin 3-ə olan hava proqnozu
Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur
Ən çox oxunanlar
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Azərbaycanın iri holdinqi Qazaxıstan şirkətilə saziş imzaladı
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
Mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı


















