“Finoko” BOKT-un xalis mənfəəti kəskin azalıb
“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 13 min manat xalis mənfəətlə başa vurub.
BOKT-un maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə təxminən 27 dəfə azdır.
Ötən il “Finoko”nun vergiyəqədərki mənfəəti 107 min manat (əvvəlki ilə nisbətən 5,8 dəfə az), mənfəət vergisi ödəmələri isə 94 min manat (2,85 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “Finoko”nun aktivləri 24 milyon 877 min manat olub ki, bu da illik müqayisədə 14,6% azdır. Bunun 18 milyon 561 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 2,6% kiçilib.
Hesabat dövründə “Finoko”nun öhdəlikləri 16% azalaraq 20 milyon 7 min manata, balans kapitalı isə 8,2% azalaraq 4 milyon 869 min manata düşüb.
Xatırladaq ki, “Finoko” 2014-cü ildə yaradılıb. BOKT-un səhmdarları hər biri 50% payla Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).
Marja.az Telegramda: https://t.me/marjaaz
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)


















