"Neftin qiyməti 10 dollar /barelə düşə bilər"
2025-ci ildən sonra tələbin azalması fonunda neftin qiymətinin kəskin şəkildə düşəcəyi ehtimal edilir.
Bu açıqlamanı Fransanın "Engie" energetika şirkətinin vitse-prezidenti Tyeri Leperk (Thierry Lepercq) "Bloomberg" agentliyinə verib. O bildirib ki, buna səbəb alternativ energetika sahəsində inanılmaz inkişaf ola bilər.
T.Leperkin sözlərinə görə, yaxın illərdə dünya 5 "energetik tsunami" ilə qarşılaşa və nəticədə neftin qiyməti 10 dollar/barelə kimi geriləyə bilər. "Engie" şirkətində innovativ texnologiyalar sahəsinə başçılıq edən Leperk, illər keçdikcə günəş enerjisi və hidrogenin qiymətinin azalması və akkumulyatorların ucuzlaşması ilə elektromobillər və "ağıllı ev"lərin sayının artması dünya neft qiymətlərinə təzyiqləri artıracağını qeyd edib. O həmçinin bildirib ki, hətta 2025-ci ilə qədər neftə tələb artsa da, daha sonra onun qiyməti 10 dollar/barelə düşəcək.
Ekspert əlavə edib ki, zaman keçdikcə elektromobillərin yeni modelləri istehsal olunacaq və onlar bir dəfəyə 500 km məsafə qət edəcək. Nəticədə, şəhər hakimiyyətləri benzin və dizel yanacağı ilə çalışan avtomobillərə məhdudiyyət tətbiq edəcək.
"Engie"nin top-meneceri həmçinin 2025-ci ilə kimi 1 MVt/saat günəş enerjisinin qiymətinin günəşli ölkələrdə 10 dollara düşə biləcəyini vurğulayıb. Nəticədə, hidrogen istehsalının maya dəyəri maye qazın maya dəyərindən baha olmayacaq.
T.Leperk "Engie" şirkətinin 2018-ci ilə qədər texnologiyaların inkişafına 1,5 mlrd. avro vəsait ayırdığını xatırladıb. Yaxın aylarda o, şirkətinin bu sahədə yeni layihələri barədə açıqlamalar verəcəyini deyib. Qeyd edək ki, bir müddət əvvəl "Renaissance Capital" investisiya bankının baş iqtisadçısı neft qiymətlərinin düşməsi fonunda Rusiya, İran və Venesuela kimi ölkələrdə siyasi rejimlərin demokratikləşəcəyini proqnozlaşdırıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
19 d. əvvəl
Avro Bölgəsində 2022-dən bəri ən sürətli inflyasiya artımı qeydə alındı
-
-
1 saat əvvəl
Dövlət rəmzlərini əks etdirən obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək
-
1 saat əvvəl
Sərnişindaşımada istifadə olunan avtomobillərə dair tələblər dəyişəcək - 3 AY VAXT VERİLDİ
-
1 saat əvvəl
Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirildi
-
1 saat əvvəl
Azərbaycanda insanın klonu patent obyekt kimi qəbul edilməyəcək
-
1 saat əvvəl
25 dərəcə isti olacaq - Aprelin 1-də gözlənilən hava şəraiti
-
1 saat əvvəl
Həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə aylıq 700 manat ödəniləcək
-
1 saat əvvəl
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirildi
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub
Ən çox oxunanlar
ABŞ-da benzinin qiyməti 4 dolları keçdi
Alıcı taplmayan "İstikbal Mobilya" yenidən satışa çıxarıldı
Bu həftə Azərbaycan Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq
ABŞ İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını qəbul etmir, buna imkan verməyəcək
Azərbaycanda 3 lizinq şirkəti ləğv edilir
İllik gəlirliliyi 15 faiz olan istiqrazlara abunə yazılışı başladı
2026-cı ilin sonuna qədər qızılın daha da bahalaşacağı gözlənilir
Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
























