Unibank sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirib
(®) Unibank Novruz bayramı münasibətilə Gəncə şəhərində sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi bayram tədbiri təşkil edib.
Sosial məsuliyyət təşəbbüsü çərçivəsində həyata keçirilən bu tədbirin əsas məqsədi uşaqlara bayram sevincini yaşatmaq, onların sosial inteqrasiyasına dəstək olmaq və cəmiyyətin həssas qruplarına diqqəti artırmaq olub.
Tədbirdə 40-a yaxın uşaq iştirak edib. Bayram proqramı çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli fəaliyyətlər, oyunlar və interaktiv proqramlar təşkil olunub. Novruzun ən sevilən personajları olan Kosa və Keçəl tədbirə xüsusi rəng qataraq, uşaqlarla ünsiyyət qurub, onları əyləndirib və bayram ab-havasını daha da canlandırıb.
Bank tərəfindən tədbirdə iştirak edən bütün uşaqlara hədiyyələr təqdim edilib. Tədbir uşaqlara sevinc bəxş etməklə yanaşı, onların diqqət və qayğı ilə əhatə olunduğunu hiss etdirmək məqsədi daşıyıb. Tədbirdə uşaqların valideynləri də iştirak edərək bu təşəbbüsü yüksək qiymətləndirib və belə sosial layihələrin əhəmiyyətini vurğulayıblar.
Bank sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyətin müxtəlif təbəqələrinə dəstək göstərən layihələrin həyata keçirilməsini davam etdirir. Bu kimi təşəbbüslər vasitəsilə həmrəyliyin gücləndirilməsi, inklüzivliyin təşviqi və bayram dəyərlərinin paylaşılması əsas prioritetlərdəndir.
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 7 d. əvvəl
- 8 d. əvvəl
- 10 d. əvvəl
-
20 d. əvvəl
Click to Pay with Visa — Epoint-də onlayn checkout üçün yeni standart
-
32 d. əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başladı
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN
Neft ABŞ-ın yeni hərbi hücumları ilə bahalaşıb





















