Yararsız pulların dəyişdirilməsi üçün əhaliyə xidmət ofisləri yaradıldı - ÜNVAN
Mərkəzi Bank tərəfindən “Tədavüldə təmiz pul siyasəti”nin realizasiyası və pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, bu çərçivədə əhalidə olan yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi, eləcə də nağd pulla bağlı sorğuların və müraciətlərin cavablandırılması məqsədilə Mərkəzi Bankda və onun ərazi idarələrində (Naxçıvan MR İdarəsi, Gəncə, Biləsuvar və Quba Regional Mərkəzləri, Yevlax Ehtiyat Mərkəzi) əhaliyə xidmət ofisləri təşkil edilmişdir.
Azərbaycan Mərkəzi Bankı bildirir ki, bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında əhaliyə xidmət üzrə yeni “Nağd pul ofisi” yaradılmışdır.
Vətəndaşlar 13 aprel 2021-ci il tarixindən etibarən həftənin 2-ci və 4-cü günləri saat 10:00-dan 13:00-dək qeyd edilən ünvanda yerləşən əhaliyə xidmət üzrə “Nağd pul ofisi”nə yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər.
Əlavə suallarla bağlı Mərkəzi Bankın “Qaynar xətt”inə (966) müraciət oluna bilər.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)







.jpg)




