Avro, Funt və qızıl daha da ucuzlaşa bilər
Maliyyə bazarlarında son vəziyyət - 08.03.2021EUR
Amerikanın əmək bazarı və xarici ticarətinə dair fundamental göstəricilərin müsbət açıqlanması, EUR/USD məzənnəsinin ucuzlaşmasına səbəb olmuşdur. Bununla yanaşı, Avropa Mərkəzi Bankının yumşaq monetar siyasəti davam edəcəyi ilə bağlı davamlı açıqlamaları da investorların avrodan çıxmalarına səbəb olur. Beləliklə, avro əlavə olaraq 1.17$-a kimi də ucuzlaşa bilər.
Bu həftə diqqət mərkəzində olan önəmli hadisələr arasında Amerikadan inflyasiya göstəricilərinin yayımlanması və “ECB”-nin faiz qərarının açıqlaması var.
GBP
AB ilə İngiltərə arasında iqtisadi risklərin artması fonunda GBP/USD məzənnəsi də təzyiq altında qalmaqdadır. Burada isə təhlillərə əsasən, 1.39$-ın altında qalan funt sterlinq, 1.36$-a kimi ucuzlaşa bilər.
İngiltərədən də bu həftə sənaye, inkişaf, ticarətə dair göstəricilər açıqlanacaqdır və məzənnə üzrə ticarət aktivliyinin artması gözlənilir.
TRY
TCMB-nin siyasətini sərtləşdirməməsi, USD/TRY məzənnəsinin 2020-ci ilin son minimum səviyyəsinin üzərinə kimi bahalaşmasına səbəb olmuşdur.
Pərakəndə satış dövriyyəsi ilə bağlı dərc ediləcək göstəricilər də treydərlər tərəfindən böyük maraqla gözlənilməkdədir.
OIL
“OPEC Plus”-un yanvar ayında hasilata tətbiq edilən məhdudiyyətlərə dair qərarını aprel ayı üçün də qüvvədə saxlaması, Brent neftinin 71$-a kimi dəyər qazanmasına səbəb olub. Lakin 71$-da korreksiyasının başlayacağı və qiymətin gələcək günlər ərzində 63 ilə aralıqda dalğalanacağı proqnozlaşdırılır.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Mərkəzi bankların inflyasiya ilə bağlı son açıqlamaları, qızılın 2020-ci ilin orta qiymətlərində dalğalanmasına səbəb olur. Korreksiya dinamikası zəifləsə də 1660$-a (53.4 $/qram) kimi dərinləşə biləcəyi ehtimal edilir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
14 san. əvvəl
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
-
- 36 d. əvvəl
-
39 d. əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 16 faiz artıb, 85 milyard dolları keçib
- 53 d. əvvəl
-
1 saat əvvəl
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
1 saat əvvəl
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
"Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib"
Ən çox oxunanlar
Azərbaycan iqtisadiyyatı cüzi kiçilib
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və TuranBank arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Aprelin 14-də gözlənilən hava şəraiti





.jpg)




.jpg)






