Astarada Zəfər Parkı inşa edilir
Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə 124 astaralı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Onlardan 41 nəfəri Vətən müharibəsində həlak olub. Hazırda vətənin igid oğullarının xatirəsini layiqincə əbədiləşdirmək məqsədilə Astara şəhərində Zəfər Parkı inşa edilir.
Şəhərin Heydər Əliyev Prospektində “Elnur-2 UİKŞ” tikinti şirkətinin inşaatçıları tərəfindən tikilən parkın ərazisi 1400 kvadratmetrdir. Artıq Parkda əsas abidənin tikintisi, ərazinin hasara alınması və hörgü işləri başa çatdırılıb, inşaatçılar suvaq işlərini davam etdirirlər. Bundan sonra isə üzlük və tamet daşlarının düzülməsinə başlanılacaq.
Parkın mərkəzində Vətən müharibəsinin qəhrəmanı – Azərbaycan əsgərinin abidəsi ucaldılacaq.
Parkın ərazisində həmişəyaşıl bəzək kolları və güllər əkiləcək. Zəfər Parkında tikinti işlərinin aprel ayında başa çatdırılması nəzərdə tutulub.
“Xalq qəzeti”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)
















