Bakıda 3 yeni hotel işə başladı
Bakı şəhərində üç yen hotel fəaliyyətə başlayıb.
Winter Park Hotel Baku
Yeni mehmanxanada lüks otaqlar, konfrans otaqları, restoran və bar kimi sosial obyektlər var. Hotelə paytaxtın bütün biznes rayonlarında birbaşa girişi təmin edilib.Nömrələr LCD TV, pulsuz Wi-Fi ilə təmin edilib. Mehmanxanada sahəsi 36 kv metr olan 68 standart otaq var.
Bundan başqa hoteldə sahəsi 36-42 kv metr olan 96 Deluxe Room var. Bütün otaqlar müasir, saç qurutma maşın, şəxsi qayğı kit, bornoz, kabel TV, Wi-Fi internet, seyf, mini-bar, kondisioner, rahat ortopedik deluxe qoşa çarpayı və digər zəruri aksesuarları ilə təchiz olunub. Bundan başqa nömrələrdə özəl vanna otağı var.
Hoteldə ailələr üçün xüsusi Family Suites otaqlar nəzərdə tutulub. Sahəsi 85 kv metr olan bu nömrələrdə 6 nəfərlik ailə qonaqlaya bilər
Winter Park Hotel Baku-nun 15-ci mərtəbəsində restoran var. Adı çəkilən məkan gecə 2-yə kimi müştəriləri qəbul edir. Restoranda Avropa və Asiya mətbəxinə məxsusu yeməklər verilir. Həmçinin burada 24 saat işləyən bar fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, mehmanxana Mirzəağa Əliyev küçəsi 210-da yerləşir.
Kaukasus White City Hotel
Kaukasus White City Hotel» adlandırılan hotel 65 metr hündürlüyündə və 18 mərtəbədən ibarətdir. Mehmanxanada 113 nömrə var. Hotel otaqlarının sahəsi isə 32-34 kv. metrdi. Mehmanxananın 13-cü mərtəbəsində hovuz var. Mehmanxana Nobel prospekti 15-də yerləşir.
Baku Sports Hotel
Üçüncü otelin 5-ulduzlu olması nəzərdə tutulub. Hotelin inşası yeni başa çatıb. Lüks kateqoriyasına aid olan bu hotel 82 metr hündürlüyündə, 25 mərtəbəli və 300 otaqdan ibarətdir.
Mehmanxanada yalnız 850 avtomobilin parklanması üçün nəzərdə tutulmuş dayanacaq hələ ki, işə başlamayıb.
© Fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)








