Məşhur aviaşirkət iflasını açıqladı
Uzun müddətdir ki, maliyyə böhranı yaşayan İtalyanın aviaşirkəti "Alitalia", 10 ildə ikinci dəfə iflasını açıqlayıb.
"Marja" xəbər verir ki, 51%-i İtalyanın CAI, 49%-i isə Birləşmiş Ərəb Əmirliklərinin "Etihad" Hava Yollarına aid olan "Alitalia"nın idarə heyəti, bu gün keçirdikləri iclasda iflas qərarı veriblər.
Həmkarlar ittifaqının 1600 nəfəri işdən çıxarılmasına qarşı başladığı tətil səbəbindən böyük maliyyə itkisi yaşayan və 2 milyard avroluq yenidənqurma planı işçiləri tərəfindən rədd edilən "Alitalia"nın səhmdarları, hökumətdən qəyyum tələb etmək məsələsində razılaşıb.
2014-DƏ İFLASIN ASTANASINDAN DÖNMÜŞDÜ
2008-ci ildə də iflas edən Alitalia, 2014-də də iflasın astanasına gəlib və hökumətin dəstəyi 49%-i "Etihad"a satılmışdı. Şirkətin hökumətdən son 10 ildə 7 milyard avro dəstək almasına baxmayaraq zərərlərini ödəmədiyi bildirilir.
Hökumət tərəfindən təyin ediləcək qəyyum, 6 ay ərzində şirkətin yenidən qurulmasına, satışına və ya bağlanmasına qərar verə bilər.
Şirkətdən edilən açıqlamada iflas qərarına baxmayaraq, planlaşdırılan reyslərdə bir dəyişiklik olmayacağı bildirilib. "Ryanair" və "Easyjet" kimi rəqibləri qarşısında geriləyən "Alitalia", 94 nöqtəyə həftədə 4200 uçuş həyata keçirir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 8 saat sonra
-
-
8 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
9 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
9 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb























