Rusiya İxrac Mərkəzi Azərbaycanda öz nümayəndəliyini açacaq
Rusiya İxrac Mərkəzi (RİM) üç ölkədə - Hindistanda, İndoneziyada və Azərbaycanda öz nümayəndəliklərini açmağı planlaşdırır. TASS agentliyi xəbər verir ki, bunu RİM qrupunun icraçı direktoru Aleksey Tyupanov bildirib.
A.Tyupanov deyib: “2016-cı ildə biz altı nümayəndəlik açmışıq. 2017-ci ildə Hindistanda, İndoneziyada və Azərbaycanda, yəni Rusiya ixracının inkişafı üçün böyük potensial mövcud olduğunu yəqin etdiyimiz ölkələrdə nümayəndəliklər açmağı planlaşdırırıq”.
RİM 2017-ci ildə xarici dövlətlərdə bu mərkəzin 45 məntəqəsini də təşkil etmək fikrindədir. Tyupanov qeyd edib ki, RİM Rusiya ixracının inkişafı üçün ciddi potensial mövcud olması artıq yəqin edilmiş, yaxud böyük ticarət dövriyyəsini maliyyələşdirmək və ona xidmət etmək lazım olan ölkələrdə, eləcə də çoxsaylı layihələrin artıq maliyyələşdirilmiş olduğu və yaranan risklərin monitorinqini keçirmək zəruri olan ölkələrdə öz nümayəndəliklərini açır.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına görə, əvvəlki illərdə olduğu kimi 2016-cı ildə də Azərbaycanın əsas ticari-iqtisadi tərəfdaşı Rusiya olub. Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 2,05 milyard ABŞ dollarına bərabər olub (Azərbaycanla əmtəə dövriyyəsinin həcminə görə bütün dünya ölkələri arasında 2-ci yer), bu məbləğin 410 milyon ABŞ dolları Azərbaycandan Rusiyaya ixracın payına (Azərbaycandan ixracın ümumi həcmində 8-ci yer), 1,64 milyard ABŞ dolları isə Azərbaycana Rusiyadan idxalın payına düşüb (Azərbaycana idxalın ümumi həcmində 1-ci yer). Azərbaycandan ixracın əsas hissəsi ənənəvi şəkildə kənd təsərrüfatı məhsullarının, o cümlədən meyvə-tərəvəz və konserv məhsullarının payına düşüb, Rusiyadan isə əsasən maşın və avadanlıq, ərzaq malları, qara metal, dərman preparatları və taxta-şalban materialları olub.
© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 15 saat sonra
-
-
1 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
2 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
2 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
2 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























