"Sahibkarların on milyonlarla vəsaiti kassalarında qalıb"
Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
“Marja” xəbər verir ki, müşavirədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış edərək bildirib.
-Möhtərəm cənab Prezident, məruzə etmək istərdim ki, 2019-cu il komitə üzrə makrogöstəricilər baxımından uğurlu bir il olmuşdur. Belə ki, 2018-ci ilin ilkin proqnoz göstəriciləri ilə müqayisədə 2019-cu ildə gömrük ödənişlərindən faktiki olaraq 1 milyard 970 milyon əlavə vəsait toplanaraq dövlət büdcəsinə köçürülmüşdür. Cənab Prezident, Sizin bütün sahələrdə apardığınız uğurlu islahatların nəticəsi olaraq gömrük sistemində də son iki ildə aparılan islahatlar sayəsində əvvəlki illərlə müqayisədə keçən il bir milyard, bu il 2 milyarda yaxın vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilmişdir. Bu da iki dəfədən çoxdur.
Cənab Prezident, 2019-cu ilin büdcə proqnozu 3 milyard 702 milyon manat nəzərdə tutulmuşdu. Büdcənin icrası isə 4 milyard 408 milyon manat təşkil etmiş, dövlət büdcəsinə 706,6 milyon manat əlavə vəsait köçürülmüş və icraya 119,1 faiz əməl olunmuşdur. 2019-cu il ərzində vergitutma bazası əvvəlki illərlə müqayisədə eyni səviyyədə qalmışdır. Belə ki, idxal mallarına 50 faiz həcmində vergi imtiyazı verilib, ümumiyyətlə, güzəştlər tətbiq olunur. Azərbaycan Respublikasına idxal olunan mallara tətbiq edilən gömrük rüsumları üzrə azadolmanın həcmi 65 faiz, idxal olunan mallara tətbiq edilən əlavə dəyər vergisinin azadolmanın həcmi isə 35 faiz təşkil edib. Ümumilikdə bu kontekstdə gördüyümüz işlər nəticəsində kölgə iqtisadiyyatı ilə bağlı mübarizə və risklərin idarə edilməsi mərkəzi tərəfindən məlumatların əvvəlcədən sistemə ötürülməsi ilə şəffaflıq təmin olunmuş, xüsusilə də digər ölkələrdən, ixracatçı ölkələrdən məlumatların sistemə daxil olması ilə sahibkarların qiymət azaltma tendensiyası 2019-cu ildə azalmışdır. Bu sahədə aparılan ciddi nəzarət funksiyalarına baxmayaraq, yenə də 900 milyon dollara yaxın malların dəyərini aşağı salmağa cəhdlər edilmişdir, bunun qarşısı alınmış və 300 milyondan artıq əlavə vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilmişdir.
Cənab Prezident, ticarətçilərin, xarici ticarət iştirakçılarının ən böyük uğurlarından biri 2019-cu ildə “Yaşıl dəhliz”in tətbiqi ilə bağlı vermiş olduğunuz Fərmandır. Bu Fərmanın icrasına fevralın 1-dən başlanılmışdır və 530-a yaxın xarici iqtisadi fəaliyyət iştirakçısına həm idxalda, həm ixracda bu status tanınmış və qısa müddətdə illik 8 milyard dollara yaxın ticarət dövriyyəsi həyata keçirilmişdir. Bu layihə özlüyündə dünyada ilk olmaqla yanaşı, ən modern layihələrdən biri kimi qəbul olunur. Eyni zamanda, iki istiqamətdə sahibkarlar bundan məmnunluğunu bildirir. Birinci istiqamət sahibkarların on milyonlarla əlavə vəsaitin gəlir olaraq kassalarında qalmasına yönəlmişdir. Bu layihənin tətbiqi ilə sahibkarlar logistika və anbar xərclərindən azad olunur. Eyni zamanda, ikinci məsələ şəffaflığın tam təmin olunmasıdır. Qanuni ticarətlə məşğul olan sahibkarlar gömrük orqanlarına gəlmədən və heç bir gömrük məmuru ilə təmasa girmədən bütün əməliyyatlarını elektron şəkildə idarə edir və rəsmiləşdirməni başa çatdırırlar.
Cənab Prezident, elektron xidmətlərlə bağlı qeyd etmək istəyirəm ki, sahibkarlarımıza 4 milyondan artıq elektron xidmət göstərilmişdir və bunun sayına və həcminə görə komitənin xidmətləri ilk yerlərdə dayanır. Ümumiyyətlə, qaçaqmalçılıqla mübarizə sahəsində aparılan işlər 2019-cu ildə də böyük nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Qaçaqmalçılıqla bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə genişləndirilmiş və 13 min 443 hüquqpozma faktı aşkar edilmişdir. Onlardan 866-sı cinayət xarakterli faktlar olmuşdur ki, bunun da əksəriyyətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar təşkil etmişdir. Xüsusilə də tərəfimizdən 2 tondan çox narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılmışdır. 2019-cu ildə qaçaqmalçılıq yolu ilə gətirilərkən tutulan malların ümumi dəyəri 300 milyon dollardan artıq olmuşdur.
Cənab Prezident, Sizin yol infrastrukturu ilə bağlı tapşırıqlarınıza uyğun olaraq yollarımızın yenidən tamamilə qurulması tranzit potensialımızın artmasını labüd edirdi və bu tendensiya ilə artıq son iki ildə tranzit potensialımız əvvəlki illərlə müqayisədə 2 dəfədən çox artıb. Sərhəd-keçid məntəqələrində sıxlığın aradan qaldırılması məqsədilə Sizin müvafiq tapşırıqlarınıza uyğun olaraq məntəqələr yeni avadanlıqla təchiz edilib. Həm tırların, həm də minik avtomobillərinin rahat keçidini təmin etmək məqsədilə yeni rentgen qurğuları quraşdırılır və bu işlər cari ildə də davam etdiriləcək.
Eyni zamanda, məlumat üçün bildirmək istəyirəm ki, 2018-ci illə müqayisədə 2019-cu ildə 2 milyon daha çox vətəndaş giriş və çıxış həyata keçirmişdir. Bunu Siz qeyd elədiyiniz kimi, 3 milyon 170 mini xarici turistlər təşkil edib. Qalanları isə mütəmadi olaraq xarici ölkələrə gedib-gələn Azərbaycan vətəndaşlarıdır. Bu axının qarşılanması, onlara xüsusi xidmət göstərilməsi, həm insanların, həm də yüngül nəqliyyat vasitələrinin yoxlanması üçün rentgen qurğuları alınıb. Sərhəddə sıxlığın aradan qaldırılması ilə bağlı artıq biz hökumətdə də müzakirələr aparmışıq. Sizin tapşırıqlarınıza uyğun olaraq gələcəkdə həm ixracı və idxalı, həm də tranzit potensialımızı qarşılamaq məqsədilə istər qərb, istərsə də şimal istiqamətində yeni keçid məntəqələrinin tikilməsi işinə başlanılıb və bu işlər cari ildə də davam etdiriləcək.
Prezident İlham Əliyev: Əminəm ki, bu il də gömrük sahəsində aparılan islahatlar davam etdiriləcək və bu, bizə imkan verəcək ki, biz yenə də plandan əlavə vəsait toplayaq və büdcəmizə daxil edək.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
59 d. əvvəl
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
-
2 saat əvvəl
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Hökumətdən "Sea Breeze Resort" üçün qərar - 55 hektar torpaq sahəsi ayrıldı
-
3 saat əvvəl
Bankların əldə etdikləri xalis mənfəət/xalis zərər məbləğinə görə SİYAHISI
-
3 saat əvvəl
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub
-
4 saat əvvəl
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
-
4 saat əvvəl
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
"PAŞA Bank" səhmlərinə sahib olun!
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb






.jpg)
.jpg)








.jpg)




