Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

Şirkət forumda ən müasir kibertəhlükəsizlik həllərini nümayiş etdirəcək
iç səhifə xəbər başlığı altı (mobil)_31
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək
iç səhifə xəbər şəkil altı (mobil)_32

(®) “Azercell Telekom” MMC ölkənin kibertəhlükəsizlik sahəsində ən mühüm tədbirlərindən biri hesab olunan IV Milli Kibertəhlükəsizlik Forumunun əsas dəstəkçiləri sırasında yer alır.

İyunun 4-də keçiriləcək forum dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq ekspertləri, texnologiya şirkətlərini və sahə peşəkarlarını bir araya gətirərək rəqəmsal təhlükəsizlik sahəsində aktual çağırışların və innovativ həllərin müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq.

Forum çərçivəsində Azercell xüsusi stendlə təmsil olunacaq. Şirkət stendində korporativ müştərilər üçün nəzərdə tutulan kibertəhlükəsizlik həllərini, informasiya təhlükəsizliyinin idarə olunması istiqamətində tətbiq etdiyi qabaqcıl yanaşmaları, eləcə də süni intellekt əsaslı təhlükə aşkarlama və monitorinq imkanlarını təqdim edəcək.

Tədbir çərçivəsində Azercell-in Kibertəhlükəsizlik şöbəsinin rəhbəri Mais Şərifli “Kibertəhlükəsizlik 2.0: Süni intellekt erasında ekosistemin transformasiyası” mövzusunda təqdimatla çıxış edəcək. Təqdimatda süni intellekt texnologiyalarının kibertəhlükəsizlik sahəsinə gətirdiyi real nəticələr, tətbiq edilən yeni müdafiə mexanizmlərinin effektivliyi və rəqəmsal təhlükəsizliyin gələcəyini formalaşdıran əsas uğurlu tendensiyalar təqdim olunacaq.

Qeyd edək ki, Azercell kibertəhlükəsizlik sahəsində fəaliyyətini Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyasına uyğun şəkildə inkişaf etdirir. Şirkət daxili sistemlərdə süni intellekt texnologiyalarının tətbiqini genişləndirərək insidentlərin avtomatlaşdırılmış təhlili, zəifliklərin operativ aşkarlanması və risklərin qiymətləndirilməsi imkanlarını daha da təkmilləşdirib. Real vaxt rejimində monitorinq və qabaqlayıcı təhlükə aşkarlama mexanizmləri isə potensial kibertəhlükələrin qarşısının vaxtında alınmasına və ümumi təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində keçiriləcək müzakirələrin ölkədə rəqəmsal təhlükəsizlik ekosisteminin inkişafına, yeni əməkdaşlıq imkanlarının formalaşmasına və innovativ yanaşmaların tətbiqinə töhfə verəcəyi gözlənilir.

Azercell Azercell Telekom IV Milli Kibertəhlükəsizlik Forumu Milli Kibertəhlükəsizlik Forumu kibertəhlükəsizlik forumu Azercell kibertəhlükəsizlik Azercell informasiya təhlükəsizliyi Mais Şərifli Kibertəhlükəsizlik 2.0 süni intellekt erası süni intellekt və kibertəhlükəsizlik rəqəmsal təhlükəsizlik informasiya təhlükəsizliyi kibertəhlükəsizlik həlləri korporativ müştərilər üçün kibertəhlükəsizlik süni intellekt əsaslı təhlükə aşkarlama kibertəhlükə monitorinqi real vaxt rejimində monitorinq təhlükə aşkarlama sistemləri kiber insidentlərin təhlili avtomatlaşdırılmış insident təhlili zəifliklərin aşkarlanması risklərin qiymətləndirilməsi qabaqlayıcı təhlükə aşkarlama
02.06.2026 16:29
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19