“Bakı Ağ Şəhər”i layihələndirən şirkət satılır
Kanadanın mühəndislik və tikinti fşirkəti "SNC-Lavalin Group", Böyük Britaniyanın mühəndislik və məsləhət şirkəti "WS Atkins"i satın almaq istəyir. Təklif edilən qiymət isə 2.6 milyard dollardır.
"Marja" xəbər verir ki, "Atkins" tərəfindən edilən açıqlamaya görə, SNC, bir səhmə nağd olaraq 2080 peni təklif edib. Cümə günkü yekun qiymətlərinə görə, bu bədəl "Atkins"in 1 səhminin mövcud dəyərindən 35% çoxdur.
Yeni təklifin elan edilməsilə, Atkins-in səhmləri 2004 peni ilə yeni bir rekord qırıb.
"Atkins"in satınalınması baş verərsə SNC satışlarının Avropada güclənməsi gözlənilir. Hesabatlara görə, Kanada şirkətinin ötən mövsüm Avropadakı satışlarının cəmi satışlarda payı 5.3%-də qalmışdı. Şirkət, 2007-ci ildən bu yana ən yüksək illik mənfəətini açıqlamışdı.
SNC-nin Maliyyə departamentinin rəhbəri Sylvain Girard, ilin əvvəlində verdiyi bəyanatda şirkətin ən çox 3 milyard dollar böyüklüyündə bir satınalmaya isti baxdığını bildirmişdi.
Qeyd edək ki, “Bakı Ağ Şəhər” layihəsi Böyük Britaniyanın "WS Atkins" şirkəti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 18 saat sonra
-
-
5 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 5 d. əvvəl
- 10 d. əvvəl
- 49 d. əvvəl
-
52 d. əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
-
1 saat əvvəl
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
1 saat əvvəl
Damazlıq yumurta istehsalına görə subsidiya veriləcək - Azərbaycanda bir ilk
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
“Express Lombard”da yığıncaq keçiriləcək
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib
























