Fond 34 milyon manatı 5 şirkət arasında bölüşdürdü
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 5 şirkət ilə 34 milyon 413 min manat məbləğində 5 müqavilə imzalayıb.
“Marja” xəbər verir ki, müqavilələr “AZ.İnşaat-M.V.” ММC, “Tunel-Metro Inşaat” ММC, “Azərsutəchizattikinti” ASC, “Azəri Servis LTD” və "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə bağlanıb.
Müqavilələrə əsasən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Ağcabədi rayonunun "Taxta Körpü" ərazisində müvəqqəti məskunlaşmış 1500 (I mərhələ - 645) məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan 256 ailəlik Vağazin qəsəbəsində 60 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə 4 milyon 503 min manat;
Vağazin, Qarakeçdi və Şeylanlı qəsəbələrinin abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi üçün “Azəri Servis LTD”-yə 11 milyon 101 min manat;
Vağazin, Qarakeçdi və Şeylanlı qəsəbələrində içməli su təchizatı, suvarma və drenaj sistemlərinin tikintisi üçün “Azərsutəchizattikinti” ASC-yə 5 milyon 753 min manat;
Vağazin, Qarakeçdi və Şeylanlı qəsəbələrinin qaz və istilik təchizatının tikintisi üçün “Tunel-Metro Inşaat” ММC-yə 6 milyon 93 min manat;
Şeylanlı qəsəbəsində 98 ədəd fərdi yaşayış evlərinin tikintisi üçün “AZ.İnşaat-M.V.” ММC-yə 6 milyon 964 min manat ödəyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)











.jpg)






