6 bankın qiymətli kağızlara investisiyaları azalıb
Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 22-nin aktivlərində son 1 ildə qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 6-da fond bazarında investisiyaların illik dinamikası mənfi olub.
Həmin banklar "Yapı Kredi Bank Azərbaycan", "Unibank", "AFB Bank", "Rabitəbank", "Nikoyl Bank" və "Turan Bank"dır. Ən çox azalma "Turan Bank"da (61,2%), ən az azalma isə " Yapı Kredi Bank Azərbaycan"da (27,8%) qeydə alınıb.
3 bankda - "Atabank", "Zıraat Bank Azərbaycan" və "Bank BTB"də qiymətli kağızlara investisiyalar dəyişməyib.
13 bankda isə qiymətli fond bazarına investisiyalar artıb. Bunlar "Bank of Baku", "Access Bank", "Express Bank", "Bank Respublika", "Kapital Bank", "PAŞA Bank", "Azər-Türk Bank", "Bank Avrasiya", Pakistan və İran Milli Banklarının Bakı filialları, "Xalq Bank", "Azərbaycan Beynəlxalq Bankı" və "Bank VTB Azərbaycan"dır. Ən yüksək dinamika "Bank of Baku"da (8 dəfə), ən aşağı dinamika isə "Bank VTB Azərbaycan"da (1,3%) qeydə alınıb.
8 bank - "AGBank", "Amrah Bank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank" isə son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb. Odur ki, bu bankların investisiyalarının dinamikasını hesablamaq mümkün olmayıb.
4 bankın qiymətli kağızlara investisiyaları 100 milyon manatdan çoxdur
Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-nin aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.
Bunlar "AGBank", "Amrah Bank", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank", "NBC Bank" və "Premium Bank"dır.
Digər 22 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 4-də investisiyaların məbləği 100 milyon manardan çoxdur. Bunlar "PAŞA Bank" (1 293,902 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 191,575 milyon manat), "Kapital Bank" (698,324 milyon manat) və "Xalq Bank" (185,088 milyon manat).
Qiymətli kağızlara investisiyaların məbləği 14 bankda 10-100 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Renkinq
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
- 5 d. əvvəl
- 17 d. əvvəl
-
18 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 51 d. əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası

















.jpg)








