Notların hərracında da tələb təklifdən aşağı düşdü
300 milyon manatlıq not təklifinə 199 milyon 526 min 400 manatlıq tələb olub. Əvvəlki hərraclarda tələb təklifdən çox olurdu.
17 aprel 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101673S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Bakı Fond Birjasının yaydığı məlumata görə, hərrac zamanı 11 investor tərəfindən qiyməti 99.3053 AZN (8.99%) ilə 99.4581 AZN (7.01%) arasında olan 18 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 199 milyon 526 min 400 manat olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.3053 AZN (8.99%), orta ölçülmüş qiyməti 99.3199 AZN (8.80%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi199 milyon 526 min 400 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 15.05.2019.
Xəbər verdiyimiz kimi, sonuncu depozit hərracında da tələb təklifdən aşağı olub. 300 milyon manatın cəlb edilməsi üçün keçirilmiş depozit hərracında tələb 336,1 milyon manat olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)






