Bu zavod 350 min manata özəlləşdirildi
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aprelin 9-u dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Komitənin yayadığı məlumata görə, hərracda 6 dövlət əmlakı üzrə 12 sifariş qəbul olunub. Özəlləşən dövlət əmlakları Bakı, Gəncə, Şabran və Lənkəranda yerləşir. Onlara kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahəsi aiddir.
Kiçik dövlət müəssisələri arasında zavod və ictimai iaşə obyektləri var. Rəqabətli mühitdə özəlləşən dövlət əmlakı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşir. Ümumi faydalı sahəsi 405.3 kv.m olan bu obyekt 89.5 min manata özəlləşdirildi. Elektron formada hərracda iştirak statusu qazanan vətəndaş isə Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki mehmanxananın sahibinə çevrildi. Ümumi faydalı sahəsi 582.5 kv.m olan bu dövlət əmlakı torpaq sahəsi ilə birgə özəlləşdirildi.
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
Yüksək iqtisadi potensialı olan “Lənkəran Mexaniki Təmir Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti də özəlləşdirilən dövlət əmlakları arasındadır. Lənkəran şəhəri, Heydər Əliyev Prospektindəki zavodun ümumi faydalı sahəsi 3.9 min kv.m-dir. 29.3 min kv.m-lik torpaq sahəsi ilə birgə bu dövlət əmlakı 350 min manata özəlləşdirildi.
Rəqabətli mühitdə keçən hərrac Bakı Şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsindəki qeyri-yaşayış binası üçün də xarakterikdir. Bu dövlət əmlakının hərracında 6 vətəndaş iştirak etdi. Ümumi faydalı sahəsi 84.1 kv.m olan qeyri-yaşayış binasına ilkin hərrac qiyməti 50 min manat təyin edilmişdir. Rəqabət nəticəsində dövlət əmlakının son hərrac qiyməti 78 min manata yüksəldi.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 16 aprel tarixində keçiriləcək. Hərraca ümumilikdə 62 dövlət əmlakı çıxarılıb. Onlardan 19-u səhmdar cəmiyyəti, 18-i kiçik dövlət müəssisə və obyekti, 12-si qeyri-yaşayış sahəsi, 13-ü isə nəqliyyat vasitəsidir. Təşkil olunan hərraclarda iştirak etməklə hər kəs əmlak sahibinə çevrilə bilər. Bu istiqamətdə bütün prosedurları əlavə vaxt itirmədən onlayn qaydada yerinə yetirmək mümkündür. Özəlləşmədə iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 41 d. əvvəl
-
-
44 d. əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
46 d. əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
52 d. əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
2 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Mayın 19-da gözlənilən hava şəraiti
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Ən çox oxunanlar
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər







.jpg)






.jpg)









