Hesab.az– dan tələbələrə təcrübə imkanı
® Fevralın 28-də ADA Universitetində “İstedadlarla karyera yolları arasında körpü” devizi altında “Karyera yarmarkası” təşkil olunub.
“Karyera həftəsi”ndə ümumilikdə 12 dövlət və 100-dən çox özəl qurum məşğulluq bazarında olan iş yerlərini təqdim edir.“Karyera yarmarkası”-da təmsil olunan dövlət qurumları və özəl şirkətlər ADA-nın tələbə və məzunları üçün təqdimatlar keçirib, gənclərdə məşğulluq bazarı barədə təsəvvür yaradıb, onlara uğurlu karyera barədə məsləhətlər verib və işçi qüvvəsi axtarıblar.
Hesab.az həmişə təhsil, karyera ilə bağlı layihələrə maraqla yanaşmış, yaxından iştirak etmişdir. “Karyera yarmarkası”- da iştirak edən Hesab.az əməkdaşları öz iş təcrübələrini iştirakçılar ilə bölüşdülər və onların suallarını cavablandırdılar. Eyni zamanda Goldenpay şirkəti – Hesab.az saytında tələbələr üçün Sosial Media, Məhsulların inkişafı, İT, Maliyyə, İnsan Resursları, Dizayn, Marketinq sahələri üzrə təcrübə proqramlarına qoşulmaq imkanı yaratdı. Tələbələr öz məlumatlarını daxil edərək müraciət anketləri doldurdular. Tələbələrə yaddaş kartı, qeyd dəftərçələri və sair hədiyyələr verildi. Qeyd edək ki, hazırda müxtəlif şöbələr üzrə 3 aylıq təcrübə proqramı ilə Hesab.az –da təcrübə keçmiş tələbə və ya məzunlardan artıq Hesab.az komandasının üzvləri olanlar var.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)


