Bakı Ağ Şəhərdə bənzərsiz körpü - YENİ LAYİHƏ + FOTOLAR
Bakı Ağ Şəhərin növbəti "landmark"ı olan piyada körpüsü şəhərsalmada mühüm məsələlərin həllini təqdim edir, həmçinin şəhər memarlığında estetik rol oynayır.
Ağ Şəhərdə salınacaq yüksək səviyyəli körpü layihənin şimal və cənubunu Nobel prospekti üzərindən birləşdirəcək və Bakının yeni rəmzlərindən birinə çevrilməsini vəd edir.
Eni 7-14 metr, uzunluğu 237 metr olan körpünün üst qatı cənubda "Baku City Mall" alış-veriş mərkəzinin 3-cü mərtəbəsinə, şimalda eyni zamanda Fəvvarələr meydanının mərkəzinə, 1-ci Fəvvarələr küçəsinə, alt qatı isə Nobel prospektində yerləşən Zaman meydanına çıxacaq. Piyadalar, həmçinin körpüdə yerləşdiriləcək eskalator və liftlər vasitəsilə Ağ Şəhər metro stansiyasına rahat gediş-gəliş əldə edəcəklər.
Körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən həyata keçirilir. Körpünün layihələndirməsində yerli mühəndislərlə bərabər Almaniyanın "Werner Sobek" şirkəti iştirak edib. Memarlıq həlləri dünyada aparıcı memarlıq bürosu kimi tanınmış Niderlandın "UN Studio" şirkəti tərəfindən işlənilib. "UN Studio" şirkəti Bakı Ağ Şəhər layihəsi çərçivəsində investorların sifarişi ilə Nobel prospektinə çıxan qoşa ofis binalarını və bank binasının layihəsini işləyib. Bu şirkət memarlıq, infrastruktur və şəhərsalma sahəsində ABŞ, Niderland, Avstriya, Tayvan, Sinqapur, Çin və digər ölkələrdə məşhur layihələrin müəllifidir. İlkin mərhələdə Londonda Millennium körpüsü, Strasburqda Kehl körpüsü, Kaliforniyada Sundial körpüsü kimi dünyanın ən heyranedici piyada körpülərinin tərtibat və tikintisi araşdırılıb.
Verilən unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, küçə mebeli, rahat hərəkət üçün geniş məkan və cəlbedəci atmosferi birləşdirir. Dizaynda işlənilmiş landşaft isə piyada hərəkətini bir gəzintiyə çevirəcək. Bütün bunlar körpünü Bakı sakinlərinin və turistlərinin sevimli məkanına çevirəcək.
Bakı Ağ Şəhər layihəsi Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı" çərçivəsində həyata keçirilir. Ağ Şəhər dünyanın qabaqcıl və müasir ekoloji şəhərsalma layihələrindəndir. Layihə üzərində yerli mütəxəssislərlə yanaşı, "ATKİNS" (Böyük Britaniya), "Fosters + Partners" memarlıq şirkəti və "F+A Architects" (ABŞ) arxitektura bürosu işləyib. Bakı Ağ Şəhər layihəsi müxtəlif beynəlxalq və yerli mükafatlara, o cümlədən Honq Konqda "MIPIM Asia Awards 2011" müsabiqəsində "Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsi" nominasiyasında, Dubayda "Cityscape Global" və bir sıra digər sərgilərdə "Ən yaxşı şəhərsalma layihəsi" kimi müxtəlif mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 saat sonra
- 4 saat əvvəl
-
-
4 saat əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
4 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
Ən çox oxunanlar
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vurub
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır





.jpg)







.jpg)





