"Burger King"in sahibi rəqibini satın alır
Sürətli yemək şirkətləri "Burger King" və "Tim Hortons"ın sahibi "Restaurant Brands İnternational (RBI)"ın toyuq restoranları şəbəkəsi "Popeyes"i 1,8 milyard dollara tərkibinə qatacağını bildirilib.
"Marja" xəbər verir ki, baş ofisi Kanadada yerləşən RBI və ABŞ-ın "Popeyes Louisiana Kitchen" şirkətinin birgə açıqlamasına görə, iki şirkət birləşmək üçün razılığa gəliblər.
Dünya miqyasında 2600-dən çox mağazası olan "Popeyes"in 1,8 milyard dollar qarşılığında RBI-nın tərkibinə qatılacağı qeyd edilən açıqlamada, satınalma əməliyyatlarının aprel ayının əvvəllərində başa çatmasının gözlənildiyi qeyd edilib.
Açıqlamada "Popeyes"in birləşməyə baxmayaraq müstəqil olaraq ABŞ-dan idarə edilməkdə davam ediləcəyi də qeyd edilib.
"Popeyes"in səhmləri, satınalma xəbərinin ardından 20%-ə yaxın dəyər qazanaraq 78,77 dollara yüksəlib. RBI-ın səhmləri isə təxminən 7% yüksələrək 57,66 dollara çıxıb.
2014-cü ildə ABŞ-ın "Burger King" şirkətinin Kanadanın "Tim Hortons" şirkətilə birləşməsi nəticəsində meydana gələn "Restaurant Brands International", 20 mindən çox şöbəsilə ilə dünyanın ən böyük üçüncü "fast food" şəbəkəsidir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 12 saat sonra
-
-
4 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
4 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
5 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
5 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 5 saat əvvəl
-
6 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb




























