Şəkərin qiyməti Oktyabrda kəskin bahalaşıb
Qlobal bazarlarda şəkər oktyabr ayında 17,7 faiz bahalaşıb.
"Marja" xəbər verir ki, Oktyabrda şəkərin bahalaşmasının əsas səbəbləri Hindistanda şəkər qamışı səhələrini böcəklərin məhv etməsi və Avropada istehsalın azalmasıdır.
Braziliya və Hindistan dünyanın ən böyük şəkər istehsalçılarıdır. Dünya şəkər istehsalının 20%-i Braziliya,15%-i isə Hindistan tərəfindən həyata keçirilir.
Bu iki ölkənin şəkər istehsalı dünya istehsalının 35%-ini qarşıladığından, Braziliya və Hindistanda baş verən proseslər birbaşa şəkər qiymətlərinə təsir edir. Bu iki ölkədə şəkər istehsalının 2018-19 mövsümündə azalacağı gözlənilir. Bu səbəbdən də qlobal şəkər bazarında qiymət yüksəlir.
2018-19 mövsümündə istehsal kəsirinin təxminən 1,5 milyon tona çatacağını gözlənilir. Daha öncə verilən proqnozlar isə istehsal artıqlığının olacağı istiqamətində idi. Proqnozda baş verən bu radikal dəyişiklik şəkər qiymətlərinə də artım kimi əks olunur.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Hindistanda şəkər istehsalının əsas xam maddəsi olan şəkər qamışında böcək yayılması səbəbindən istehsalın təxminən 10% azalacağı gözlənilir. Böcəklərin daha da yayılması vəziyyətində istehsalın daha da azalması riski var. Hindistan Şəkər İstehsalçıları Assosiasiyasının proqnozlarına görə, ölkədə şəkər istehsalının 32 milyon ton olacağı gözlənilir. Amma əvvəlki proqnozlar isə təqribən 35,5 milyon ton səviyyəsində idi. Hindistanda əvvəlki illərdə yüksək istehsal səbəbilə artan ehtiyatlar da azalacaqdır.
Avropa Birliyi də dünya şəkər istehsalının 10,8%-ini həyata keçirir. Həmçinin Avropa Birliyi dünyanın ən böyük ikinci şəkər istehlakçısıdır. Avropada şəkər istehsalı şəkər çuğundurundan həyata keçirilir. Bu il Avropada şəkər çuğundurunun əkini zamanı yağışlara görə gecikmənin baş verməsi, sonra isə yay dövründə yağışların azalması səbəbindən məhsuldarlıqda azalma baş verir. Bu səbəbdən şəkər istehsalı da azalıb. Braziliya və Hindistan ilə bərabər Avropada da istehsal azaldığından şəkər qiymətlərində da artım baş verir.
| Məhsulun adı | 29 Dekabr 2017 (dollar) | 31 Oktyabr 2018 (dollar) | Oktyabr ayıda fərq (%-lə) | İlin 10 aylıq dövründə fərq (%-lə) |
1. | Şəkər | 15,16 | 13,19 | 17,7 | -12,9 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)












.jpg)





