1 km yük daşımasından 5 qəpik qazanır
“Azərbaycan Dəmir Yolları”nın bəzi xərcləri kəskin artıb
Hər qatarın 1 km yük daşıması 22,35 manata, sərnişin daşıması isə 35,27 manata başa gəlir
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yük və sərnişin daşınması üzrə bəzi xərcləri kəskin artıb.
Bu barədə quruma istinadən xəbər verilir.
Məlumata görə, 2017-ci ildə səhmdar cəmiyyət ona məxsus qatarların 1 km yük daşımasından 2016-cı ildə olduğu kimi orta hesabla 0,05 manat gəlir əldə edib, əvəzində 0,02 manat xərc çəkib. Yəni göstəricilər dəyişməyib.
Bununla belə, hər qatarın 1 km yük daşıma xərci 10,3% artaraq 22,35 manata, hər vaqonun 1 km yük daşıma xərci isə 14,3% artaraq 0,08 manata çatıb.
Sərnişindaşımaya gəlincə isə, ADY ona məxsus qatarların 1 km sərnişin daşımasından əldə etdiyi gəlirin və çəkdiyi xərcin orta məbləğini açıqlamayıb. Yalnız o məlumdur ki, ötən il hər qatarla 1 km sərnişin daşımaq quruma əvvəlki illə müqayisədə 2,4 dəfə baha – 35,27 manata başa gəlib. Bu göstərici oturacaq üzrə isə 2,75 dəfə artaraq 0,11 manat təşkil edib.
Ayrı-ayrı qatar növlərinə gəlincə isə, hər elektrik qatarı (qısa qatar) ilə 1 km sərnişin daşımanın xərci 2,1 dəfə artaraq 129,63 manat, hər sərnişin qatarı (uzun qatar) ilə 1 km sərnişin daşımanın xərci isə 2 dəfə artaraq 32,98 manat olub.
Bundan başqa, 2017-ci ildə ADY-nin yük daşıma xərclərində enerji xərclərinin payı 19%-dən 22%-ə yüksəlib, sərnişin daşıma xərclərində isə 38%-dən 28%-ə düşüb.
Ötən il səhmdar cəmiyyət dəmir yolu infrastrukturunun 1 km-nə 26 760 manat xərc pul qoyub ki, bu da əvvəlki ilə nisbətən 27,6% çoxdur. 2017-ci ildə hər lokomotivin 1 km hərəkət etməsinin xərci isə 13,85% azalaraq 5,6 manata düşüb.
Lokomotiv parkından söz düşmüşkən, ötən il bu sahədə nasazlıq hallarının sayı 3,1 dəfə azalaraq 429 olub.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
10 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)
















.jpg)

