"Şirkətimizdə 1100 nəfər çalışır"
"Tibb və sağlamlıq turizmi sahəsində fəaliyyətimizi davam etdiririk. 2008-ci ildə istifadəyə verilən Duzdağ Fizioterapiya Mərkəzinə hər il müxtəlif ölkələrdən yüzlərlə insanın müalicəyə gəlməsi turizmin bu sahəsi üçün geniş imkanlar açır. Mərkəz Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Almaniya, İsrail, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, İran, Gürcüstan kimi ölkələrdən gələn turistlərin istirahət və müalicə məkanına çevrilib.
Bunun Naxçıvan Muxtar Respublikasındakı “Nəqşicahan Holdinq” şirkətlər qrupunun “Duzdağ” Müalicəvi İstirahət Mərkəzinin direktoru Novruz Novruzov 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında deyib.
"Bu illər ərzində təmsil etdiyim holdinq xidmət sektorları ilə yanaşı, yerli xammala əsaslanan idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılmasına da üstünlük verib. “Karbon Qazı Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti belə müəssisələrdəndir. Burada arsenli quru qaz, karbon qazı və quru buz istehsal olunur. Məhsullarımız daxili tələbatı tam ödəyir. Mineral sular, sərinləşdirici içkilər istehsal edən müəssisələr, tibb ocaqları və ərzaq məhsulları istehsalı ilə məşğul olan şirkətlər məhsullarımıza daha çox üstünlük verirlər.
“Nəqşicahan Holdinq” şirkətlər qrupu məşğulluğun tam təmin olunmasına öz töhfəsini verir. Şirkət tərəfindən müxtəlif profilli sahələrin yaradılması yeni iş yerlərinin açılmasına imkan yaradıb. Hazırda şirkətimizdə 1100 nəfər çalışır",- Novruz Novruzov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)







