Dələduzluqda ittiham olunan keçi fermasının sahibidir
"Bakı şəhər sakininə qarşı dələduzluqda ittiham olunan Mülhazil Balakişiyevin "Atena" şirkətilə heç bir əlaqəsi yoxdur".
Bu barədə "Marja"ya "Atena"şirkətinin bağlı olduğu "Atropatena" QSC-dən bildirilib.
"Atropatena" şirkətinin təsisçisi və rəhbəri Elşad Rəsulov, "Atena" şirkətinin təsisçisi isə onun qardaşıdır. Dələduzluqda ittiham olunan Mülhazil Balakişiyev "Ketchi" markasının sahibi olan "BMS Aqro" MMC-nin təsisçisidir. "BMS Aqro"nun "Atena" şirkətilə bağlılığı yoxdur. Ağcəbədi rayonunda "BMS Aqro" şirkətinin ferması, "Atena" şirkətinin ferması və zavoduna yaxın olduğundan çoxları bu şirkətin də bizə bağlı olduğunu zənn edir",- "Atropatena" QSC-dən bildirilib.
Qeyd edək ki, "Ketchi", "BMS Aqro" MMC tərəfindən istehsal olunan Azərbaycanın keçi südü məhsulları markasıdır. Keçilər Ağcabədi rayonu, Ağabəyli kəndində yerləşən 10.000 başlıq fermada saxlanılır.
Bu gün, "Report" İnformasiya Agentliyi yazıb ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov 500 min ABŞ dolları pulunu alıb. Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Xəbərdə qeyd edilib ki, M.Balakişiyev iş adamıdır. O, “Atena” süd məhsulları kombinatının təsisçisi və “Fərhad-91” yun emalı müəssisəsinin sahibidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 20 d. əvvəl
- 38 d. əvvəl
- 55 d. əvvəl
-
56 d. əvvəl
İlham Əliyev: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 7-də gözlənilən hava şəraiti
Omanda ABŞ-İran danışıqları başladı
“PAŞA Həyat” və “Kaspi Kids” 300-ə yaxın uşağı sığortaladı
"Merkuri BOKT" 2025-ci ilin 9 ayını mənfəət ilə başa vurub
Ən çox oxunanlar
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
Nazir startap nümayəndələri ilə görüşüb
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
Bank vergi işçilərinə komissiyasız kredit təklif edir















