Vergilər: Bu, müştəri və banklar arasında yaranan sualdır”
"Vergi Məcəlləsinə edilən sonuncu dəyişikliklərlə əlaqədar banklarda proqram təminatı yenilənir". "Bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva deyib.
"VERGİLƏR NAZİRLİYİ MÖHLƏT VERƏ BİLMƏZ"
Onun sözlərinə görə, qanunlar qəbul olunana və Vergi Məcəlləsinə dəyişikliklər qüvvəyə minənə qədər Vergilər Nazirliyi və Banklar Assosiasiyasına üzv olan bankların 70-ə yaxın nümayəndəsi ilə görüş keçirilib: "Qanunun tətbiqi ilə bağlı yarana biləcək bütün suallara ətraflı cavab verilib. Dünən də Vergilər Nazirliyində Banklar Assosiasiyası ilə geniş tərkibdə görüş keçirilib. Qanunun tətbiqi ilə bağlı müddəa yalnız qanunun özündə göstərilir. Heç bir mərkəzi icra hakimiyyəti orqanı və Vergilər Nazirliyi qanunun qüvvəyə minməsi ilə bağlı müddəti dəyişdirə bilməz və ya möhlət verə bilməz. Bizim Banklar Assosiasiyası ilə səmərəli əməkdaşlığımız davam edir. Biz hesab etmirik ki, bu qanunun tətbiqi ilə bağlı banklarda hər hansı bir qeyri-müəyyən suallar var. Təbii ki, texniki olaraq banklarda müəyyən proqram təminatında sazlama işləri gedir. Bu müddət ərzində mütəmadi olaraq hətta görüşlər keçirilməsə belə texniki sualların dərhal ardan qaldırılması ilə bağlı işçi qrup yaratmışıq. İşçi qrupa vergilər nazirinin birinci müavini rəhbərlik edir. Bu işçi qrupda biz gündəlik olaraq yarana biləcək sualların aradan qaldırılması üzərində işləyirik".
S. Musayeva əlavə edib ki, elektron ticarət vasitəsi ilə alınan mallara vergi tətbiqi ilə bağlı qanunda müddəa yoxdur:
"Sadəcə olaraq qeyri-rezident tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərə işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı banklar tərəfindən ödəmə mənbəyində vergi tutulması nəzərdə tutulub. Bunu banklar da bilir. Hər hansı bir bankın qanunla müəyyən olunmuş vergidən başqa digər vergi tutması halı mövcuddursa, bununla bağlı ona xidmət edən banka müraciət etməlidir. Banklar da həmin uyğunsuzluqların aradan qaldırılması üçün qanunla müəyyən olunmuş tədbirləri görməlidir. Yəni, bu Vergilər Nazirliyi və banklar arasında yaranan sual deyil. Bu, müştəri və banklar arasında yaranan sualdır. Bu da hər hansı bankda texniki yenilənmə ilə bağlı ola bilər və bu problemi qısa zamanda aradan qaldırmaq mümkündür. Vergi Məcəlləsində ödəmə mənbəyində vergi tutma səlahiyyəti olan subyektlərin dairəsi dəqiq göstərilib. Əgər həmin subyektlər tərəfindən Vergi Məcəlləsində müəyyən olunmuş vergidən başqa digər vergi tutulursa, bu texniki səhvdir. Belə halda müştəri hesabı olan subyektlərə müraciət etməlidir".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
-
-
11 saat əvvəl
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
-
12 saat əvvəl
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
-
12 saat əvvəl
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də çatacağıq"
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
-
15 saat əvvəl
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
-
15 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib
Maydan Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar başlayır - AZAL və “Air Serbia” tərəfdaşlığına başlayıb
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən





















