15 tələbə Azercell-dən təqaüd qazandı
“Azercell Telekom” MMC-nin fevral ayında elan etdiyi “Tələbə Təqaüdü Proqramı”nın qalibləri müəyyənləşib.
Proqram Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illəri əhatə edən strateji hədəflərə uyğun olaraq həyata keçirilib və STEM istiqamətləri üzrə təhsil alan gənclərin dəstəklənməsinə yönəlib.
Bu il proqrama ümumilikdə 1500-dən çox müraciət daxil olub. Müraciətlərin ilkin qiymətləndirilməsi, namizədlərin bilik və bacarıqlarının yoxlanılması, həmçinin analitik düşünmə qabiliyyətini ölçən mərhələli seçim prosesi nəticəsində 15 tələbə Azercell-in təqaüdünə layiq görülüb.
Qaliblər Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, ADA Universiteti, UFAZ, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Mühəndislik Universiteti kimi ölkənin aparıcı ali təhsil müəssisələrində təhsil alırlar.
Azercell nümayəndələri proqram qalibləri ilə görüş keçirərək onları bu nailiyyət münasibətilə təbrik edib, xüsusi sertifikatlarla mükafatlandırıblar. Görüş zamanı tələbəri maraqlandıran suallar cavablandırlıb, şirkətin fəaliyyət istiqamətləri və gənclər üçün yaratdığı imkanlar barədə ətraflı məlumat təqdim olunub.
Qeyd edək ki, “Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nı 2007-ci ildən həyata keçirir. Bugünədək şirkət ümumilikdə 300-dən çox tələbəni təqaüdlə təmin edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























