Trump Alibaba-nın sahibilə görüşüb
ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trump, Çinin elektron ticarət nəhəngi Alibaba-nın sahibi Jack Ma ilə görüşərək ABŞ-da 1 milyon məşğulluq yaradacaq planları müzakirə edib.
"Marja" xəbər verir ki, Prezident kürsüsündə oturmasına 10 gün qalan Trump, Alibaba-nın banisi və İdarə Heyətinin Sədri (İcraçı Direktor) Ma ilə Nyu-Yorkdakı Trump Tower-də görüşüb. Trump görüşdən sonra "Çox yaxşı toplantı keçirdik. Jack çox-çox yaxşı bir sahibkardır, dünyada ən yaxşılardan biridir. Bu ölkəni sevir, Çini sevir. Jack və mən birlikdə çox yaxşı işlər görəcəyik" - açıqlamasını verib.
Ma isə Trump Tower-ın hollundakı mətbuat nümayəndələrinə, görüşdə Amerikanın kiçik və orta sahibkarlarını və məşğulluğu dəstəkləyəcək investisiyaları müzakirə etdiklərini deyib.
Çin və ABŞ arasında ikitərəfli ticarət əlaqələrinin necə inkişaf etdirilə biləcəyini də danışdıqlarını bildirən Ma, "Əlaqələri və ticarət məsələlərini müzakirə etmək üçün qapı açıqdır. Məncə seçilmiş Prezident çox zəkalı və dinləmə məsələsində çox açıq fikirlidir. Ona ticarəti inkişaf etdirmək və kiçik sahibkarları dəstəkləmək barədə fikirlərimi bildirdim. Trump-ın da bizimlə müzakirə etmək istədiyi mözuları və həll yolları var" ifadələrini istifadə edib.
Bundan başqa, Alibaba-dan verilən yazılı açıqlamada, ABŞ-dakı 1 milyon kiçik və orta sahibkarların məhsullarını Alibaba üzərindən Çinli və Asiyalı istehlakçılara satmasının təmin olunacağı və beləliklə, amerikalılar üçün 1 milyon məşğulluq imkanı yaradılacağı bildirilib.
Çin və ABŞ arasında münasibətlərin gərginləşdiyi bir dövrə təsadüf edən görüşün ardından şirkətin Nyu-York Birjasında əməliyyat görən səhmləri 1%-dən çox bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
11 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















