Neft qiymətləri aşağı düşür
Dünya neft qiymətləri aşağı düşür, çünki treyderlər ümid edirlər ki, Ukrayna üzrə sülh danışıqlarında irəliləyiş Rusiya təchizatlarına yol aça bilər. Əgər 24 noyabrda hər iki əsas neft növünün (Brent və WTI) qiyməti 1,3% artmışdısa, 25 noyabrda onlar 0,8% ucuzlaşıblar. Bu günlərdə məlum olub ki, Cenevrədə Ukrayna və Amerika nümayəndə heyətləri arasında Ukrayna üzrə sülh planı ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub.Neft qiymətləri treyderlərin Ukrayna üzrə sülh danışıqlarında irəliləyişin Rusiya neftinin Dünya bazarına çıxmasına səbəb ola biləcəyi ilə bağlı gözləntiləri fonunda ucuzlaşıb.
Marja.az xəbər verir ki, 25 noyabrda Brent neftinin fyuçersləri 0,8% azalaraq bir barel üçün 62,85 ABŞ dollarına düşüb. West Texas Intermediate (WTI) markalı neft də 0,7% ucuzlaşaraq bir barel üçün 58,41 dollar olub (Bakı vaxtı ilə saat 13:15-ə olan məlumat).
Ötən həftə sonu Ukrayna və ABŞ nümayəndə heyətləri ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən hazırlanmış Ukrayna üzrə sülh planı ilə bağlı Cenevrədə danışıqlar aparıblar. 24 noyabrda Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib ki, Tramp “hələ də razılaşmanın mümkün olduğuna inanır və bunu ümid edir”. Onun sözlərinə görə, Dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Uitkoff ABŞ-ın Ukrayna üzrə planında “bəzi məqamları dəqiqləşdirməyə nail olublar”.
Noyabr ayında neft fyuçerslərinin artıq ardıcıl dördüncü ucuzlaşma ayı gözlənilir və bu, 2023-dən bəri ən uzun eniş dövrü olacaq. Qiymətlərin azalması OPEC+ ölkələri və alyansa daxil olmayan digər dövlətlər tərəfindən hasilatın artmasının nəticəsidir. BloombergNEF-in məlumatına əsasən, iyulun sonundan etibarən xam neft ehtiyatları beşillik orta göstəricini üstələyir.
Analitiklər bildirir ki, sülh danışıqları neft qiymətlərində həlledici rol oynamaqda davam edəcək. Bu danışıqlarda hər hansı müsbət irəliləyiş qiymətlərin daha da düşməsi riskini artırır, çünki bu, təchizatla bağlı əsas risk amilini aradan qaldıra bilər.
Qısamüddətli dövrdə əsas risk təklifin artıq olmasıdır və hazırkı qiymət səviyyəsi həssas görünür. Neft bazarı artıq təkliflə, habelə monetar siyasətin yumşaldılması (faizlərin aşağı salınması) ilə bağlı tələbin artacağına dair ümidlər arasında qalmış vəziyyətdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


.jpg)



