Apple-ın səhmlərinin qiyməti iPhone 17-nin güclü satışları ilə rekord qırdı
"Counterpoint" tərəfindən tərtib olunan məlumatlara əsasən, sentyabr ayında satışa çıxarılan iPhone 17 modelləri, ABŞ və Çin bazarlarında satışa çıxdığı ilk 10 gün ərzində iPhone 16 seriyasını 14% üstələyib. Bu göstərici, Apple səhmlərinin qiymətinin rekord səviyyəyə yüksəlməsinə səbəb olub. , iPhone 17-nin satış uğurunun əsas səbəblərindən biri yüksək qiymət-performans balansıdır.iPhone telefonlarının istehsalçısı Apple şirkətinin səhmlərinin qiyməti bazar ertəsi günü təxminən 4% bahalaşaraq 262,24 dollar səviyyəsində bağlanıb və tarixi maksimum göstəriciyə çatıb. Şirkətin bazar dəyəri isə 3 trilyon 891,74 milyard dollara yüksəlib.
Marja.az xəbər verir ki, ABŞ və Çində iPhone 17 satışlarının güclü başladığını göstərən yeni hesabatın dərcindən sonra Apple səhmlərindəki bahalaşma daha da sürətlənib.
Sentyabr ayında satışa çıxarılan iPhone 17 seriyası (Base, Air, Plus, Pro/Pro Max), ilk 10 gün ərzində ABŞ və Çin bazarlarında iPhone 16 seriyası ilə müqayisədə 14% daha çox satılıb.
"Counterpoint" şirkətinin baş analitiki Menmenq Çjanq hesabatda bildirib:
“Baza iPhone 17 modeli çinli istehlakçılar üçün çox cəlbedicidir — qiymət-performans baxımından mükəmməl dəyər təklif edir. Daha güclü çip, təkmilləşdirilmiş ekran, daha yüksək əsas yaddaş həcmi, yenilənmiş ön kamera — bütün bunlar ötən ilin iPhone 16 modeli ilə eyni qiymətə təklif olunur. Üstəlik, endirimlər və kuponlar əlavə edildikdə, bu cihazı almaq ağıllı qərar sayılır.”
Loop Capital-ın qiymətləndirməsinə görə, yeni iPhone modellərinə tələb proqnozları üstələdiyindən, şirkətin səhmləri güclü bahalaşma potensialına malikdir.
Loop Capital investisiya bankı Apple üçün tövsiyəsini “gözləmədən al” səviyyəsinə qaldırıb və səhmlər üzrə hədəf qiymətini 226 dollardan 315 dollara yüksəldib.
Bankın analitiki Ananda Baruah qeyd edib:
“Wall Street, Apple-ın iPhone 17 məhsul ailəsindən müəyyən performans gözləntilərinə malik olsa da, biz inanırıq ki, şirkətin 2027-ci ilə qədər bazar gözləntilərini aşan əhəmiyyətli potensialı var.”
Gəlir hesabatı öncəsi güclü gözləntilər
Evercore analitiki Amit Daryanani bazar günü yaydığı qeyddə bildirib ki, iPhone Air modelinin Çində populyarlaşması Apple səhmlərinə əlavə dəstək verə bilər.
Evercore analitiklərinin fikrincə, şirkət gələn həftə açıqlanacaq gəlir hesabatında güclü nəticələr göstərməyə hazırdır.
2025-ci ildə Apple səhmləri təxminən 5% artım göstərib və bu, Nvidia, Meta, Microsoft və Alphabet kimi texnoloji nəhənglərin performansından geri qalsa da, son üç ayda 24%-lik yüksəliş qeydə alınıb.
Baza model Çində satış rekordu qırıb
Counterpoint-in məlumatına görə, baza iPhone 17 modeli Çində eyni dövr üzrə müqayisədə iPhone 16 satışlarını təxminən 2 dəfə üstələyib. Modelin ümumi satışları ABŞ və Çin bazarlarının cəmi üzrə 31% artım nümayiş etdirib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 15 saat sonra
-
-
1 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
2 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
2 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
2 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























