Dollar ucuzlaşır, Avro bahalaşır - Qlobal bazarlarda son vəziyyət
1 avronun qiyməti 1.17 dolları keçib.Ötən gün ABŞ-da İstehlak Qiymətləri İndeksinin dərc olunmasından sonra dollar major valyutalar qarşısında ucuzlaşıb. EUR/USD valyuta cütlüyü 1.16010 səviyyəsindən 1.1711 səviyyəsinə qədər dəyər qazandı. Eyni müddət ərzində GBP/USD cütlüyü 1.34460 həddindən 1.35230 həddinə kimi artım sərgiləyib.
ABŞ-da istehlak qiymətləri iyul ayında illik ifadədə 2.7% artıb. Analitiklər isə göstəricinin 2.8%-ə yüksələcəyini proqnozlaşdırmışdılar. Qiymətlərin daha az artması investorları sakitləşdirib və onların sentyabr ayında Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini 25 baza bəndi endirəcəyi fikrini gücləndirib. Bazar belə bir addımın ehtimalını təxminən 90% olaraq qiymətləndirir.
“OPEC” 2025-ci ildə neftə tələbin artımı ilə bağlı proqnozunu dəyişməyib, 2026-cı il üçün isə artım qiymətləndirməsini yüksəldib. Bununla yanaşı, təşkilat ABŞ və “OPEC+” üzvü olmayan digər ölkələrdən gələn neft təchizatının növbəti il üçün artım proqnozunu azaldıb. Həmçinin, verilən məlumatlara əsasən, aktivləri 1.9 trilyon dollar olan Norveç Suveren Yığım Fondu 2025-ci ilin ilk yarısında “Exxon Mobil” və “Chevron” da daxil olmaqla bir sıra neft-qaz korporasiyalarındakı səhm paketlərini azaldıb.
Amerika Neft İnstitutu (API) isə bir gün əvvəl bildirib ki, ötən həftə ABŞ-da kommersiya məqsədli neft ehtiyatları 1.5 milyon barel artıb. Bu xəbərlərin fonunda “qara qızıl”ın qiyməti ucuzlaşmağa davam edib. Hazırda beynəlxalq birjalarda “Brent” markalı neftin bir bareli 66.40$-a, “WTI” markalı neftin bir bareli isə 63.25$-a ticarət olunur.
Dünən dərc olunan məlumatlara əsasən, Böyük Britaniyada İşsizlik Səviyyəsi iyun ayında, son ayda olduğu kimi, 4.7% təşkil edib. Bu, 2021-ci ilin iyul ayından bəri ən yüksək göstəricidir. Bonuslar istisna olmaqla, bütün iqtisadiyyat üzrə Orta İllik Əməkhaqqı Artımı iyuna qədər olan üç ayda 5.0% səviyyəsində qalıb.
Almaniyada investorlar və analitiklər tərəfindən növbəti altı ay üçün iqtisadi gözləntiləri ölçən ZEW indeksinin dəyəri iyul ayı ilə müqayisədə avqustda 52.7 bənddən 34.7 bəndədək enib. Bu, göstəricinin dörd ay ərzində ilk enişidir. Məlumata görə, Almaniyada Cari İqtisadi Vəziyyət İndeksi avqust ayında -59.5 bənddən -68.6 bəndədək enib. Avrozonada İqtisadi İnkişaf Proqnozu İndeksi isə avqustda 11 bənd azalaraq 36.1 bənddən 25.1 bəndədək geriləyib.
Çərşənbə axşamı “Intel Corp.” şirkətinin səhmlərinin qiyməti 5.6% artıb. ABŞ prezidenti Donald Tramp bazar ertəsi Ağ Evdə “Intel”-in baş icraçı direktoru Lip-Bu Tan ilə görüşünü “çox maraqlı” adlandırıb. “Intel” isə görüşü “səmimi və konstruktiv” kimi qiymətləndirib. Şirkətin görüşdən sonra yaydığı açıqlamada bildirilib ki, Lip-Bu Tan və Tramp ABŞ-ın texnologiya və istehsal sahəsində liderliyinin möhkəmləndirilməsi məsələsini müzakirə ediblər.
Xatırlamaq lazımdır ki, ötən həftə ABŞ prezidenti sosial şəbəkədə yazmışdır ki, “Intel” rəhbəri Çin şirkətlərinə yatırımları ilə bağlı “ciddi maraqlar toqquşması” səbəbindən dərhal postunu tərk etməlidir.
Bu gün Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Əlavə olaraq, ABŞ-ın Enerji İnformasiya Agentliyi (EIA) tərəfindən ölkədə kommersiya məqsədli neft ehtiyatları ilə bağlı dərc olunacaq göstəricisi də bazar iştirakçıları üçün maraqlı olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
3 d. əvvəl
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb
- 4 d. əvvəl
-
22 d. əvvəl
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
-
1 saat əvvəl
"Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
Restoranda yanğın baş verib
Ən çox oxunanlar
Azərbaycan şirkəti müflis elan olunacaq
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Amazon Web Services Azərbaycanda
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib













.jpg)



