Qlobal elektrik enerjisi tələbində 3,3% artım gözlənilir
Bu il qlobal elektrik enerjisi tələbinin 3,3% artması gözlənilir.
Beynəlxalq Enerji Agentliyinin (BEA) "2025 Elektrik Enerjisi Bazarının Yarımillik Hesabatı"na görə, dünya üzrə elektrik istehlakının 2025-ci ildə güclü artım göstərəcəyi, 2026-cı ildə isə 29 min teravatsaatdan çox olaraq yeni bir rekord qıracağı proqnozlaşdırılır.
Marja-nın məlumatına görə, istehsalın artması, kondisionerlərin geniş yayılması, məlumat mərkəzlərinin böyüməsi və elektrikləşmə prosesinin sürətlənməsi elektrik tələbinin artmasının əsas səbəblərindən hesab edilir. Elektrik enerjisi tələbinin, ümumi enerji tələbinə nisbətən 2025-ci ildə iki qat daha sürətli artacağı gözlənilir.
Çin və Hindistanın Təsiri
Hesabata əsasən, elektrik enerjisi tələbindəki artımın 60%-i Çin və Hindistan tərəfindən yaradılacaq. Çində 2024-cü ildə 7%-lik artımın bu il 5%-ə enməsi proqnozlaşdırılsa da, 2026-cı ildə artım yenidən sürətlənərək 5,7%-ə çatacaq.
Bərpa Edilən Enerjinin Payı Artacaq
Bu artan tələbi qarşılamaq üçün elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payı sürətlə artır. 2024-cü ildə külək və günəş enerjisindən əldə edilən elektrik enerjisi istehsalının 4 min teravatsaatı keçməsindən sonra, 2025-ci ildə bu rəqəmin 5 min teravatsaatı, 2026-cı ildə isə 6 min teravatsaatı aşacağı proqnozlaşdırılır. Günəş və küləyin ümumi istehsaldakı payının 2024-cü ildə 15%-dən 2025-ci ildə 17%-ə, 2026-cı ildə isə 20%-ə çatacağı gözlənilir. Bu iki enerji mənbəyi 2025-ci ildə elektrik tələbinin 90%-dən çoxunu təmin edəcək.
Kömürün Rolu Azalır
Yenilənə bilən enerji mənbələrinin artan payı kömürün rolunun azalmasına səbəb olur. BEA-nın proqnozlarına görə, bu il və ya ən gec 2026-cı ildə bərpaolunan enerji mənbələrindən əldə edilən elektrik istehsalı kömürün istehsalını geridə qoyacaq. Bu dönüm nöqtəsindən sonra, kömürün qlobal elektrik enersiyi istehsalındakı payı 100 ildən sonra ilk dəfə 33%-dən aşağı düşəcək.. 2024-cü ildə qlobal kömür istehsalının 1,3% artması gözlənilsə də, 2025-ci ildə 0,5% , 2026-cı ildə isə 1,3% azalmasıproqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
18 d. əvvəl
İllik gəlirliliyi 15 faiz olan istiqrazlara abunə yazılışı başladı
-
-
50 d. əvvəl
2026-cı ilin sonuna qədər qızılın daha da bahalaşacağı gözlənilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hörmüz boğazı bir az da bağlı qalsa neftin qiyməti 150 dollara çata bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
WSJ: Tramp Hörmüz boğazı bağlı qalsa belə müharibəni bitirməyə hazırdır
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
İllik gəlirliliyi 15 faiz olan istiqrazlara abunə yazılışı başladı
2026-cı ilin sonuna qədər qızılın daha da bahalaşacağı gözlənilir
Neft treyderləri səbirsizliklə aprelin 6-sını gözləyirlər
İrandan Hörmüz qərarı: Artıq keçid haqqı alınacaq!
Ən çox oxunanlar
İrandan Trampın Xark adası planına sərt cavab
Ağ Ev: İran danışıqlarda ABŞ-ın bəzi tələblərini qəbul edib
Pezeşkian: “Atəşkəs İran xalqının təhlükəsizliyi və maraqlarının təmin olunmasından asılıdır”
Bayramovla Əraqçi arasında telefon danışığı baş tutub
























