Banklardakı hər 3 manat əmanətin 1 manatı dollarda yerləşdirilib
Bankların cəmi depozit portfelində fiziki şəxslərin depozitlərinin payı azalıb.2025-ci ilin Mart ayının sonuna olan məlumata görə, bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 77.8%-i və ya 37 milyard 293.1 milyon manatı). Depozit portfelinin 60.5%-i (22 milyard 549 milyon manat) hüquqi şəxslərin, 39.5%-i (14 milyard 744.1 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın "Statistik bülleten - Mart 2025" hesabatında bildirilir.
Fiziki şəxslərin əmanətlərinin 66.4%-i (9 milyard 785.1 milyon manat) milli valyutada, 33.6%-i (4 milyard 959 milyon manat) xarici valyutadadır.
Fiziki şəxslərin əmanət portfelinin 61.1%-i (9 milyard 9.3 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri mart ayında 2.3% və ya 204.7 milyon manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 799.2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.5%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2025-ci ilin mart ayında ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz bəndi azalaraq 33.1% təşkil etmişdir.
Xatırladaq ki, 2024-cü ilin yanvar ayının sonunda bankların öhdəliklərinin 81.7%-ini və ya 34 milyard 812.8 milyon manatını depozitlər təşkil etmişdi. Depozit portfelinin 63%-i (21 milyard 944.3 milyon manat) hüquqi şəxslərin, 37%-i (12 milyard 868.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarət idi.
Fiziki şəxslərin əmanət portfelinin 56.2%-i (7 milyard 226.7 milyon manat) müddətli əmanətlərdən ibarət idi. Fiziki şəxslərin əmanətlərinin 64.3%-i (8 milyard 80.4 milyon manat) milli valyutada, 35.7%-i (4 milyard 588.1 milyon manat) xarici valyutadadır. Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 84.5 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 77.9%-ni təşkil etmişdi.
Fiziki şəxslərin əmanətlərinin (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla) dollarlaşması 2024-cü ilin mart ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3 faiz bəndi azalaraq 35.1% təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)








.jpg)







