"Expressbank"ın faiz gəlirləri 25% artıb
Expressbank 2025-ci ilin I rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, Expressbank-ın bu dövr ərzindəəldə etdiyi göstəricilər onun maliyyə dayanıqlığını, müştəri etimadını və bazarda artan aktivliyini əks etdirir.
Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın faiz gəlirləri 25%-lik artımla 19 milyon manatı ötüb. Bu nəticə, ilk növbədə, Bankın kredit məhsullarına olan yüksək tələbin və genişlənən müştəri bazasının göstəricisidir. Xüsusilə biznes kreditləri və daşınmaz əmlak kreditləri üzrə müşahidə olunan artım bu tendensiyanı gücləndirib.
Ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozit portfeli də artım göstərərək 218 milyon manatı ötüb. Bu da əvvəlki dövrlə müqayisədə 16,3 milyon manat, yəni 8% artım deməkdir. Bu artım Expressbankın müştəri etimadını qazanmaqda və qorumaqda nə qədər uğurlu olduğunun bariz göstəricisidir.
Bankın xalis faiz gəlirləri isə 13%-dən çox artaraq 13 milyon manatı keçib. Bu göstərici Expressbankın gəlir strukturunun sağlam və effektiv idarə olunduğunu nümayiş etdirir.
Məqsədli ehtiyatlar və vergi xərcləri çıxıldıqdan sonra Bankın xalis mənfəəti 2 milyon 420 min manat təşkil edib.
Expressbank 2025-ci ilin ilk rübündə nümayiş etdirdiyi bu nəticələrlə bank sektorunda müsbət dinamika nümayiş etdirən aparıcı maliyyə qurumlarından biri kimi çıxış etməyə davam edir. Məlumat üçün bildirək ki, beynəlxalq reytinq agentliyi “Fitch Ratings” 2024-cü ilin oktyabr ayında Expressbankın uzunmüddətli emitent defolt reytinqini “B” səviyyəsindən “B+” səviyyəsinə yüksəldib və proqnozunu “sabit” olaraq müəyyən edib. Bankın audit hesabatını böyük dördlüyə daxil olan KMPG audit şirkəti aparır.
“Expressbank” ASC 16 filialı ilə fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)






