ABB -nin sədri ABA-nı təbrik edib
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov sosial media hesablarında bununla bağlı təbrikini paylaşıb.Azərbaycan Banklar Assosiasiyası (ABA) 35 illik yubileyini qeyd edir! ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov sosial media hesablarında bununla bağlı təbrikini paylaşıb.
“35 il ərzində ABA ölkəmizin bank sektorunun inkişafına, müasir çağırışlara uyğunlaşmasına və yeni trendlərin tətbiqinə mühüm töhfələr verib. Bu uğurların əsasını üzvlər arasında koordinasiya, əməkdaşlıq və sinerji təşkil edir. ABA Azərbaycan Mərkəzi Bankı, müvafiq dövlət qurumları ilə yanaşı, digər tərəfdaşlarımızla da konstruktiv və səmərəli dialoq quraraq sektor qarşısında duran məsələlərin operativ müzakirəsində, uyğun həllərin tapılmasında hər zaman mühüm rol oynayıb” – Abbas İbrahimov qeyd edib.
O, bildirib ki, ABA-nın maliyyə savadlılığının artırılması, rəqəmsal bankçılığın inkişafı və müştəri təcrübəsinin yaxşılaşdırılması istiqamətindəki təşəbbüsləri cəmiyyətimiz üçün böyük fayda yaradır. Bank əməkdaşlarının peşəkarlığının artırılması üçün ABA-nın həyata keçirdiyi təlimlər, beynəlxalq tədbirlər və təcrübə mübadiləsi proqramları sektorun inkişafını sürətləndirir, yeni biliklərin və texnologiyaların yayılmasını təmin edir.
“Bu uğurlu yolun arxasında ABA rəhbərliyinin və qurumun peşəkar komandasının əməyi xüsusi vurğulanmalıdır. Eyni zamanda, ABA nəzdində fəaliyyət göstərən və sektorumuzun inkişafına töhfə verən işçi qrupların rolunu qeyd etmək istərdim. Müxtəlif istiqamətlər üzrə çalışan bu işçi qruplar, ümumi məqsədlər üçün birgə səy göstərərək bank sektorunun güclənməsinə və əməkdaşlıq ruhunun möhkəmlənməsinə dəstək olurlar”.
Abbas İbrahimov onu da bildirib ki, Azərbaycanın ən böyük bankı kimi ABB də ABA-nın mövcud 17 ekspert qrupunun hər birində fəal iştirak edir, 7 ekspert qrupuna isə birbaşa rəhbərlik edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
8 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)






