Azərbaycanda yeni “Avtoklaster” layihəsinə başlanır
Dövlət Məşğulluq Agentliyindən yeni layihə. Özünüməşğulluq proqramı çərçivəsində klaster müəssisələr yaradılacaq. Proqram üzrə oxşar-əlaqəli iqtisadi fəaliyyət növləri üzrə aktivlər verilmiş şəxslərin eyni məkanda birgə klaster müəssisə kimi fəaliyyəti də təmin ediləcək.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi rayon (şəhər) İcra Hakimiyyətləri və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlıqda yeni “Avtoklaster” layihəsinə başlayır.
Layihə çərçivəsində eyni və ya oxşar iqtisadi fəaliyyət sahələri üzrə özünüməşğulluq proqramına cəlb edilərək aktivlərlə təmin ediləcək şəxslərin həmçinin eyni məkanda yerləşdirilməklə klaster müəssisə formasında birgə fəaliyyət göstərmələrinə də imkan yaradılacaq.
Layihəyə ilkin mərhələdə Oğuz rayonunda başlanacaq. Rayonda özünüməşğulluq proqramına cəlb edilmiş bir qrup şəxsin əmək bazarının tələbi, iqtisadiyyatın prioritet sahələri nəzərə alınaraq “Avtodəmirçi xidmətləri-PDR batıqların bərpası”, “Avtorəngsaz”, “Avtoçilingər xidməti-Katalizatorların təmizlənməsi xidməti”, ”Avtoelektrik - Kondisioner təmiri”, “Avtoyağlama xidməti”, “Avtorazval xidməti”, “Avtotəmizləmə xidməti”, “Özünüxidmət avtotəmizləmə xidməti”, “Avtodisk təmiri – Avtomobil şinlərinin bərpası” üzrə əmlaklarla təmin edilməsi və onların eyni məkanda birgə fəaliyyətinin təşkili nəzərdə tutulur.
Məqsəd özünüməşğulluq proqramının səmərəliliyini daha da yüksəltmək, proqramdan yararlanan şəxslərin biznes fəaliyyətlərinin rəqabətə davamlılığını təmin etmək və gəlirlərini artırmaqdır.
Layihə iştirakçılarının seçimi zamanı qeyd edilən sahələrdən biri üzrə təcrübəsi olan şəxslərə üstünlük veriləcək. Müraciət etmək istəyən şəxslər Şəki-Zaqatala Regional Məşğulluq filialının Oğuz rayonu üzrə Xidmət şöbəsinə müraciət edə bilərlər.
Layihənin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)











.jpg)







