Xiaomi-dən Tesla-ya rəqib olacaq yeni model
Çin texnologiya şirkəti Xiaomi, 2025-ci ilin yayında satışa çıxarmağı planlaşdırdığı yeni SUV modeli YU7-ni təqdim etdi. Yeni modelin qiymətinin 250 min yuan (34 min 500 dollar) ilə 330 min yuan (45 min 500 dollar) arasında olacağı proqnozlaşdırılır. Teslanın Çində oxşar modeli olan Model Y-nin başlanğıc qiyməti 250 min yuan (34 min 500 dollar) civarındadır.Xiaomi korporasiyası 2025-ci ilin yayında satışına başlamağı planlaşdırdığı yeni avtomobilini təqdim edib.
Marja.az xəbər verir ki, Şirkətin milyarder qurucusu Lei Jun ABŞ-ın Tesla şirkətinin Model Y-sinə bənzər idman avtomobili olan YU 7-ni təqdim edib. 5 metr uzunluğundakı YU 7, "Contemporary Amperex Technology Co. Ltd" şirkəti tərəfindən istehsal olunacaq nikel-kobalt-manqan akkumulyatoru ilə təchiz ediləcək tam elektrikli yolsuzluq avtomobilidir.
Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin ayrıca məlumatına görə, mühərrikin maksimal gücü 220-288 kVt (kW) təşkil edəcək.
Yeni yolsuzluq avtomobili, Xiaomi-nin Lei Jun-ın şəxsən rəhbərlik etdiyi 10 milyard dollarlıq elektrik avtomobil biznesində böyük bir irəliləyiş olacaq.
Qiymətlər 250 min yuandan başlayır
Xiaomi YU 7-nin qiymətini açıqlamayıb. Bununla belə, "Macquarie" analitikləri Cherry Ma və Eugene Hsiao YU 7-nin Xiaomi-nin ilk modeli olan SU7-dən 10-15 faiz baha olacağını proqnozlaşdırıblar. Buna uyğun olaraq qiymətin 250 min ilə 330 min yuan arasında olacağı gözlənilir. Teslanın Model Y Çində 249 min 900 yuandan başlayır.
Xiaomi şirkəti bu il 130 min ədəd avtomobil tədarük etməyi hədəfləyir ki, bu da əvvəlki 120 min satış hədəfindən yüksəkdir. Pekində yerləşən şirkət, ilk avtomobilinin erkən uğurundan sonra istehsalı genişləndirmək üçün mövcud elektrik avtomobili obyektinin yaxınlığında torpaq satın alıb.
"Citigroup"un analitikləri, Xiaomi-nin ilk modelinə tələbatın yükəsk olması ilə əlaqədar olaraq 2025-ci ildə satış proqnozunu aşa biləcəyini ehtimal edirlər. Citigroup,"2-ci faza istehsal müəssisələrinin nə qədər tez istifadəyə veriləcəyindən asılı olaraq, 2025-ci il tədarükləri üçün proqnozumuzda 273 min artım görürük", - hesabatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 20 d. əvvəl
-
- 24 d. əvvəl
- 26 d. əvvəl
- 28 d. əvvəl
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
46 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım






.jpg)









.jpg)






