Türkiyədən Azərbaycana ixrac olunmuş dondurmanın dəyəri açıqlanıb
Türkiyə Statistika Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, dünyanın ən böyük 15-inci dondurma ixracatçısı mövqeyində olan Türkiyə, Yanvar 2012- İyun 2017 dövründə 68 ölkə və 4 sərbəst bölgəyə 88 min 366 ton dondurma satıb.
"Marja" xəbər verir ki, həmin dövrdə ixrac edilən dondurma miqdarı 1 milyard 767 milyon topa bərabər olub.
Dondurma ixracından 2012-də 36 milyon 284 min, 2013-də 38 milyon 275 min, 2014-də 35 milyon 725 min, 2015-də 36 milyon 388 min, 2016-da 34 milyon 788 min və bu ilin ilk yarısında 22 milyon 406 min dollar gəlir əldə edilib.
Ölkə xaricinə satılan dondurmanın kiloqramının ixrac dəyəri 2,3 dollar olaraq hesablanıb.
LİDER BAZAR İRAQDIR
Bu dövrdə ən çox dondurma ixracı İraqa edilib. Bu ölkəyə 5,5 ildə 48 milyon 29 min dollar qarşılığında 18 min 360 ton dondurma ixrac edilib.
Kosovaya 16 milyon 596 min dollarlıq, Albaniyaya 12 milyon 792 min dollarlarlıq, Şimali Kiprə 9 milyon 359 min dollarlarlıq, Birləşmiş Ərəb Əmirliklərinə 7 milyon 642 min dollarlıq və Azərbaycana 5 milyon 59 min dollarlarlıq dondurma ixrac olunub.
Türkiyənin dondurma istehsalçılarının ixrac bazarları arasında ABŞ, Avstraliya, Braziliya, Çin, İndoneziya, Cənubi Afrika, Hindistan, Kanada, Pakistan, Seneqal və Çili kimi minlərlə kilometr uzaqlıqdakı ölkələr də var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
14 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)

