970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanın idxalı artıb, ixracı azalıb - MÜSBƏT SALDO 2,5 DƏFƏ KİÇİLİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın idxalı artıb, ixracı azalıb - MÜSBƏT SALDO 2,5 DƏFƏ KİÇİLİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2025-ci ilin 11 ayı ərzində (yanvar-noyabr) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 44 milyard 589 milyon 480 min ABŞ dolları təşkil edib. Xarici ticarət əməliyyatlarının həcmi ötən ilin müvafiq dövrünə nəzərən idxalın artması hesabına artıb. Azərbaycanın ixracı isə azalmaqda davam edib. 

Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin 11 ayı ərzində idxal əməliyyatları üzrə 21 milyard 188 milyon 269 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 23 milyard 401 milyon 211 min ABŞ dolları ticarət baş tutub, müsbət saldo 2 milyard 212 milyon 942 min ABŞ dolları olub.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin 11 ayı ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 43 milyard 109 milyon 552 min ABŞ dolları, o cümlədən idxal əməliyyatları 18 milyard 771 milyon 690 min ABŞ dolları, ixrac əməliyyatları 24 milyard 337 milyon 862 min ABŞ dolları olmuş, müsbət saldo 5 milyard 566 milyon 172 min ABŞ dolları təşkil etmişdi. 

Beləliklə, Azərbaycanın xarici ticarət əməliyyatlarının müsbət saldosu 2025-ci ilin 11 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə və ya 3 milyard 353 milyon 230 min dollar azalıb. Buna səbəb idxalın artması (+2 milyard 416 milyon 579 min dollar), ixracın isə azalmasıdır (-936 milyon 651 min dollar). 

İş elanları AzVak.az-da

Azərbaycan_xarici_ticarət 2025_xarici_ticarət idxal ixrac xarici_ticarət_dövriyyəsi ticarət_balansı müsbət_saldo Dövlət_Gömrük_Komitəsi Marja.az Azərbaycan_iqtisadiyyatı idxal_artımı ixrac_azalması 11_aylıq_hesabat ticarət_statistikası ABŞ_dolları xarici_ticarət_həcmi 2024_müqayisə iqtisadi_göstəricilər Azərbaycan_ticarət_balansı saldo_azalması idxal_ixrac_statistikası Azərbaycan_ixracı Azərbaycan_idxalı
16.12.2025 12:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18