Daha 10 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Paytaxtın 62, 133, 168, 170, 193, 194, 206, 217, 445 və 569 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 62, 133, 168, 170, 193, 194, 206, 217, 445 və 569 nömrəli avtobus marşrutlarını müsabiqəyə çıxarır.
AYNA-nın yaydığı məlumatda bildirilir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 25 dekabr 2024-cü il saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən 62 nömrəli (Sabunçu qəsəbəsi, Sabunçu dəmiryolu stansiyası – N.Tusi küçəsi), 194 nömrəli (Lökbatan qəsəbəsi, "Qobu Park" yaşayış kompleksi – "20 Yanvar" metrostansiyası) və 217 nömrəli (Məmmədli kəndi – "Koroğlu" NMM) avtobus marşrutları üzrə 3 Lotda yanvarın 10-da;
168 nömrəli (Binə Atçılıq yaşayış massivi – "Koroğlu" NMM), 193 nömrəli (6-cı mikrorayon, M.Məhəmmədxan küçəsi – “Binə” ticarət mərkəzi), 206 nömrəli (Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsi – “Elmlər Akademiyası” metrostansiyası və 569 nömrəli (Masazır qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus marşrutları üzrə 4 Lotda yanvarın 14-də;
133 nömrəli (Binəqədi qəsəbəsi, A.İsfəhani küçəsi – "Gənclik" metrostansiyası), 170 nömrəli (Binəqədi qəsəbəsi, C.Cabbarlı küçəsi – “Memar Əcəmi” metrostansiyası) və 445 nömrəli (Pirallahı qəsəbəsi – “Qala” NMM) avtobus marşrutları üzrə 3 Lotda yanvarın 17-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)














.jpg)


