Ford Avropada 4 min nəfəri işdən çıxarır
Ford Motor, rəqabətə davamlı bir struktur yaratmaq planının bir hissəsi olaraq Avropadakı işçi qüvvəsini azaldacağını və 4 min nəfəri işdən çıxaracağını açıqlayıb.Rəqabətin artması və sənayenin elektrikləşdirməyə doğru dəyişməsi şəraitində Avropada daha çox rəqabətədavamlı bir struktur yaratmaq və böyüməni davam etdirmək üçün Ford yenidənqurma planı elan edib.
Marja.az xəbər verir ki, Ford-un yaydığı açıqlamada şirkətin Avropada minik avtomobili biznesində ciddi itkilərlə üzləşdiyi, 2027-ci ilə qədər burada işçi qüvvəsinin azaldılmasının və 4 min nəfərin işdən çıxarılmasının planlaşdırıldığı qeyd edilib.
Açıqlamada bunun ilk növbədə Almaniya və Böyük Britaniyaya təsir edəcəyi bildirilib.
Bundan əlavə, zəif tələbat və iqtisadi çətinliklər səbəbindən elektrik modellərinin istehsal planlarına düzəlişlər edildiyi və bunun 2025-ci ilin birinci rübündə Köln zavodunda əlavə qısa iş günlərinə səbəb olacağı bildirilib.
Açıqlamada qeyd edilir ki, avtomobil istehsalçıları Avropada "əhəmiyyətli rəqabət və əks-küləklər" və "karbon qazı ilə bağlı tənzimləmələr ilə istehlakçıların elektrikli nəqliyyat vasitələrinə olan tələbi arasındakı uyğunsuzluqla" məşğul olmaları lazımdır.
Açıqlamada Ford-un Avropaya sadiq qaldığı vurğulanıb və şirkətin son dörd ildə Avropadakı əməliyyatlarını transformasiya etmək, işçilərini yenidən hazırlamaq və yeni nəsil elektrikli avtomobillər istehsal etmək üçün əhəmiyyətli investisiyalar etdiyi xatırladılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























.jpg)

