“Sahibkarlarla iftar süfrəsi” adlı tədbir baş tutub
(®)14 mart tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının təşkilatçılığı ilə “Fairmont Baku”da Ramazan ayı münasibətilə 500-dən çox sahibkarın iştirak etdiyi “Sahibkarlarla iftar süfrəsi” adlı tədbir baş tutub.
Tədbirdə müvafiq dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələri də iştirak ediblər.
Tədbir KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun açılış nitqi ilə başlayıb. O, öz çıxışında ilk əvvəl Ramazan ayı münasibətilə hər kəsi təbrik edib. Daha sonra sahibkarlığın sürətli inkişafını, bu tip tədbirlərin mahiyyətini və böyük bizneslərin formalaşmasını təmin edən KOBİA-nın kiçik və orta bizneslər üçün biznes mühitinin yaxşılaşdırılmasına dair öhdəliklərini vurğulayıb.
Növbəti çıxış üçün söz İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayevə verilib. O, çıxışı zamanı iştirakçıları salamlayıb, artıq 500-dən çox geniş fəaliyyət istiqamətlərinə malik şirkətləri özündə cəmləşdirən Marsol Group-un gələcək fəaliyyətləri və layihələri haqqında məlumat verib.
Tədbirin davamında Marsol Group-un həyata keçirdiyi bir sıra yeniliklər və fəaliyyətlər haqqında videolar izlənilib. Belə ki, 24-26 iyun tarixlərində baş tutacaq “5. Yerli Şirkətlərin Tanıtım Sərgisi” və səmərəli biznes əlaqələri qurma imkanını hədəfləyən, “Marsol+” mobil tətbiqinin videosu təqdim olunub. Bununla yanaşı İCMA-nın fəaliyyətini əks etdirən video çarx da təqdim edilib.
Tədbirin təşkil olunmasında dəstək göstərən "Gültekin Logistics", Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası – ATİA, “Şəki Tütün Fabriki”, “Concrete Bureau”, “Tuna” QSC, “Golden Rose Group” və “S-ENNA” şirkətləri plaketlə təltif olunub.
Görüş səmimi mühitdə partnyorlarımıza yeni tanışlıqlar və dostluq münasibətlərinə imkan yaradıb, netvörkinq əlaqələrini genişləndirməsinə vasitəçi olub. Həmçinin iştirakçılar dövlət qurumu nümayəndələri ilə də həmsöhbət olmaq imkanı əldə ediblər.
Fəaliyyətimiz müddətində yanımızda olan partnyorlarımıza və dövlət qurumlarına yeni layihələr və yeni ideyalarla görüşmək ümidi ilə təşəkkürümüzü bildiririk!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)





