ABB Agile təcrübəsini sahibkarlarla paylaşıb
ABB-nin bir qrup sahibkar müştərisi üçün Bankın Agile ofisinə infotur təşkil edilib.
Onlara Agile iş metodu barədə ətraflı məlumat verilib. ABB-də tətbiq edilən Agile təcrübə haqqında söhbət açılıb. Müştərilər Bankın ayrı-ayrı Agile struktur bölmələri ilə tanış olublar.
Agile təcrübənin ən mühüm cəhətlərindən biri müştərilərlə müntəzəm kommunikasiyalardır. Müştərilərin layihələrə cəlb edilməsi, onların faydalı rəylərinin alınması məhsul və xidmətlərin daha da mükəmməlliyinə xidmət edir. Bu cür infoturların məqsədi də müştərilərin Agile iş prinsipləri barədə məlumatlılıq səviyyəsinin artırılması, məhsul və xidmətlərin yaradılması prosesində onların fəal iştirakının təmin olunmasıdır.
Sahibkar müştərilərə ABB-nin bizneslər üçün yaratdığı yeni imkanlar haqqında da ətraflı məlumatlar təqdim edilib. O cümlədən, məsafədən hesabın açılması, biznes kartları, SİMA elektron imzasından istifadə, xidmət paketləri, POS terminal və e-ticarət həlləri, investisiya imkanları və s. haqqında geniş təqdimatlar olub. Sahibkarları maraqlandıran suallar cavablandırılıb. İnfoturda 20-dən çox şirkətin nümayəndəsi iştirak edib.
Qeyd edək ki, ABB Agile metodologiyasının tətbiqinə 2020-ci ildə Bankın Rəqəmsal Laboratoriyasında başlayıb. Hazırda Bankda 17 Agile struktur fəaliyyət göstərir. Bu strukturlarda 600-dən çox əməkdaş çalışır. Bank yeni məhsul və xidmətlərini Agile metodologiyası əsasında yaradaraq inkişaf etdirir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
9 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)






