Obyektlərdə içməli sudan qanunsuz istifadə halları aşkarlanıb
Abşeron rayonunda həyata keçirilən nəzarət tədbirləri nəticəsində bəzi fərdi yaşayış evləri və kommersiya obyektlərində içməli sudan qanunsuz istifadə halları aşkarlanıb. Hökməli qəsəbəsində fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan şəxs yaxınlıqdan keçən magistral su kəmərinə qanunsuz qoşulma verib. Qeyri-qanuni çəkilmiş su xətləri vasitəsilə fərdi yaşayış evləri su ilə təmin olunub.
Bu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatında bildirilir.
Qeyd edilib ki. Hökməli-Qobu yolunda yerləşən ət kəsimi məntəqəsində sudan qeyri-qanuni istifadə halı aşkarlanıb. Məlum olub ki, obyekt sahibi yaxınlıqdan keçən su xəttinə özbaşına birləşmə verib. Həmin ərazidə yerləşən “Əminin kafesi” adlı obyekt də texniki şərt almadan və müqavilə bağlamadan sudan qanunsuz istifadə edib. Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi vətəndaşların diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 14909, Abşeron rayonunda isə 1437 fakt aşkarlanaraq qarşısı alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)







.jpg)


